Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Prezidentin yeni komanda planı

Prezidentin yeni komanda planı


2015-ci ilin ilk 5 ayı hakimiyyət üçün çətin sınaqlarla yadda qaldı. 



Qafqazinfo” xəbər verir ki, “Yeni Müsavat” qəzetinin hazırladığı analitik materialda bildirilir ki, Qərblə münasibətlərin ilin əvvəlində yenidən kəskinləşməsi fonunda iqtidar-müxalifət danışıqları yenidən gündəmə gətirildi. Neftin kəskin düşməsi, nəhayət, fevralın 21-də manatın devalvasiyasını qaçılmaz etdi. Bu isə hakimiyyətin iqtisadi siyasətini tənqid hədəfinə tuş gətirdi. 



Mart ayında Beynəlxalq Bankda başlamış araşdırmalar oliqarxların kütləvi həbslərinə yol açdı. Bunun ardınca isə Binəqədi rayonunda binanın yanması yeni həbslərlə və dövlət büdcəsi hesabına bəzədilmiş yüzlərlə binaların üzlüklərinin sökülməsi ilə nəticələndi. 



Yanğınla bağlı yaradılmış Dövlət Komissiyasının iclasında prezident İlham Əliyev hakimiyyət komandasında problemlərə toxundu, ad çəkməsə də ayrı-ayrı məmurların özbaşınalığından, dövlət əmlakının mənimsənilməsindən danışdı, ona hətta doğru olmayan məlumatlar verildiyini söylədi və sərt cəza tədbirlərinin görüləcəyini dedi. 



28 mayla bağlı bayram törənində isə sanki həmin çıxışının davamı kimi ölkədaxili məsələlərdən danışarkən hakimiyyətdə olduğu illər ərzində bəlkə də ilk dəfə idarəetmədə ciddi islahatlara ehtiyac olduğunu bildirdi. “Prezident hər şeydən xəbərdar olmaya da bilər” - deyən dövlət başçısı ictimai nəzarətin gücləndirilməsinin zəruriliyindən danışdı. Bu, yanğından keçən son bir həftədə üçüncü siqnal hesab oluna bilər və aydındır ki, cəmiyyətə yönəlik sadəcə mesaj da deyil. Sanki artıq bəzi mexanizmləri hazırlanmış dəyişikliklərin işə salınacağının anonsudur.



Son beş ayda baş verənlər mühüm və qaçılmaz bir reallığı ortaya qoydu: yeni iqtisadi, sosial və siyasi gerçəklik dəyişiklik tələb edir. Öncə komandada, idarəetmədə və bunlarla paralel olaraq cəmiyyətdə ictimai nəzarət funksiyasını yerinə yetirən media və müxalifətdə...



Avropa Oyunlarından sonra hamı mümkün böhrandan danışır. Hətta ekspertlər parlament seçkiləri ərəfəsi (oktyabr-noyabr) manatın ikinci devalvasiyasını proqnozlaşdırırlar. Neftin qiymətinin hələ uzun müddət dövlət büdcəsinə arzuedilən gəlir gətirməyəcəyi də gözləniləndir. 



Faktiki ölkə iqtisadiyyatı neftin qiymətinin tənəzzülü ilə yeni mərhələyə adlayıb. Bu mərhələdə hakimiyyət artıq əvvəlki rahatlıqla dövlət büdcəsini yönləndirə və xərcləyə bilməyəcək. İndi daha rasional iqtisadi komanda formalaşdırılmalı, qeyri-neft sektorunun inkişafını sürətləndirə biləcək islahatlar aparmalı və bu islahatlara cavabdehlik “neft iyinə bulaşmamış” kadrlara həvalə edilməlidir. 



Məlumatlara görə, dövlət başçısı iqtisadi komandasını tam yenidən formalaşdırmaq niyyətindədir və bunun üçün ən radikal addımlara, hətta könüllü getmək istəməyən iri korrupsiyaçıları həbs etdirməyə belə qərarlıdır. Belə məlumatlar var ki, Avropa Oyunları bitəndən sonra bir neçə nazirlik və dövlət komitəsinin ləğvi, bəzilərinin isə səlahiyyətlərinin məhdudlaşdırılması üzrə təkliflər paketi hazırlanır. 



Dövlət Gömrük Komitəsinin ləğv edilməsi, səlahiyyətlərinin bir qisminin ASAN xidmətə, bir qisminin isə Vergilər Nazirliyinə verilməsi nəzərdə tutulur. Kənd Təsərrüfatı Nazirliyinin ləğv edilərək səlahiyyətlərinin İqtisadiyyat və Sənaye Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi arasında bölüşdürülməsi də müzakirə edilir. Bundan başqa, Səhiyyə Nazirliyinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birləşdirilməsi, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin ləğvi, funksiyalarının İqtisadiyyat və Sənaye Nazirliyinə verilməsi, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin ləğvi, səlahiyyətlərinin Maliyyə Nazirliyinə veriləcəyi deyilir. 



Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, Statistika Komitəsinin, Diasporla ilə iş üzrə Dövlət Komitəsinin ləğvi nəzərdə tutulur. Bu proses isə təkcə lazımsız ştatların ləğvi ilə dövlət büdcəsinə qənaət deyil, həm də illərdir kreslolarından qopmayan korrupsiyaya bulaşmış böyük bir məmur ordusunun getməsi ilə nəticələnəcək. 



Məlumatlara görə, xüsusilə iqtisadi sferada iqtidarın yeni dövrlə ayaqlaşa biləcək kadr potensialı da nəzərdən keçirilib və nəticələr ümidvericidir. Bu komanda dəyişikliyi hakimiyyətin imici üçün də çox önəmlidir. (Norveçin ölkəmizdəki sabiq səfiri Steynar Gilin “mən Bakıda səfir işləyəndə də baş nazir Artur Rəsizadə idi” deməsini xatırlamaq kifayətdir).



Yeni iqtisadi və sosial reallıq iqtidarın daxili siyasətində də daha səriştəli addımların atılmasını şərtləndirir. 2015-ci il parlament seçkiləri ilə bağlı yayılan məlumatlar bir qədər ziddiyyətlidir. Amma ən son xəbərlərin təhlili göstərir ki, daxili siyasətdə mümkün dəyişikliklər, ilk növbədə, parlamentin yeni tərkibində özünü göstərməlidir. 



Bunun üçün isə yeni parlamentdə müxalifətə yer verilməlidir. Prezident ictimai nəzarət dedikdə həm də hakimiyyətin əsas qollarından biri olan parlamentin “dirildilməsini” nəzərdə tutduğu söylənilir.



Çünki müxalifətin sıxışdırılması, tənqidçi səsin boğulması ilə cəmiyyətdə ictimai nəzarət funksiyası itib və bəzi məmurlar özünü daha rahat, daha doğrusu, məsuliyyətsiz hiss edirlər. Müxalif tənqidin qayıtması ilə cəmiyyətdə bir canlanma da meydana gəlməli, məmur ordusunu daha məsuliyyətli olmağa vadar etməlidir. İkinci bir tərəfdən, yeni reallıqlar ən vacib bir məsələni - qanun islahatlarını həyata keçirməyi tələb edir ki, bunun da yolu parlamentdən keçir. 



Məlumdur ki, oliqarx-məmurlar monopolist və ya siyasi maraqlarına toxunan qanunları parlamentdən keçməyə qoymurlar (Məsələn, tütün mafiyası ictimai yerlərdə siqaret yasağının illərdir qanun kimi qəbul edilməsinə imkan vermir). Bu səbəbdən də noyabrda formalaşacaq parlamentin tərkibində dəyişiklik olmalı və real müxalifətə də tribuna verilməlidir. Bu, iqtidarla-müxalifət arasındakı disbalansı da, gərginliyi də azalda bilər.



Dəyişikliklər sırasında ictimai nəzarəti həyata keçirən güclü medianın rolunun artırılması da var. Prezidentin mətbuatın 140 illiyi ilə bağlı sərəncamı bu siyasətin yalnız bir işarəsidir. Yaxın vaxtlarda mediaya dövlət dəstəyinin daha da artırılacağı deyilir. 



Beləliklə, hakimiyyət ciddi dəyişikliklər ərəfəsindədir və bu dəfə daha qərarlı görünür...


Teqlər:
Bu xəbər cəmi 1080 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR