Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

“Kanal D”nin Azərbaycanda yayımı dayandırıldı – Rəsmi açıqlama

“Kanal D”nin Azərbaycanda yayımı dayandırıldı – Rəsmi açıqlama


Bir neçə gündür Azərbaycanda Türkiyənin “Kanal D” televiziya kanalının yayımına qadağa qoyulub. 



Qafqazinfo”nun verdiyi xəbərə görə, ilk olaraq bu qadağa ölkədə fəaliyyət göstərən kabel televiziyalarına şamil olunub.



Kabel televiziyalarından birindən “Qafqazinfo”ya bildirilib ki, bu kanalın yayımdan qaldırılması şirkətin öz qərarı deyil: “Bizə bununla bağlı göstəriş verilib. Bu tapşırıq təkcə bizə aid deyil, “Kanal D”nin yayımı bütün ölkədə qadağan olunub. Bundan sonra da heç vaxt yayıma buraxılmayacaq. Səbəbin nə olduğunu bilmirik. “Kanal D”nin yerinə bu gündən “TV 2” yayımlanır”. 



“ATV Plus” kabel televiziyası özünün facebook hesabında məlumat yayaraq bildirib ki, CNN Türk, Kanal D və Samanyolu Haber kanallarının yayımı dayandırılıb.



Rabitə və yüksək texnologiyalar nazirinin müşaviri Müşfiq Əmirov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, adıçəkilən kanallar “Azərspace” peykində test üsulu ilə yayımlanırdı: “Artıq test yayımı başa çatıb və kanallar yayımın davam etdirilməsi üçün “Azərkosmos”la müqavilə bağlamalıdırlar. Hansı kanal ki, müqavilə bağlayıb onların yayımı davam etdiriləcək. Müqavilə bağlamayanlar isə yayımdan çıxarılır. Rusiyanın və Türkiyənin bir neçə kanalı müqavilə bağlamayıb”.



Nazir müşaviri kabel televiziyaları ilə bağlı məsələyə də aydınlıq gətirib: “Azərbaycanda kabel televiziyalarının əksəriyyəti yayımını “Azərspace” üzərindən edir. Buna görə onlarda da avtomatik olaraq eyni hal yaşanıb. Amma həmin kanallar “Türksat” peykində yayımlanır. Kim istəsə, oradan baxa bilər”.



Qeyd edək ki,  "Doğan Holdinq" "Hürriyet”, "Posta”, "Radikal” və "Fanatik” qəzetləri, "Kanal D”, "CNN TÜRK”, "Dream TV”, "Slow Türk”, "Radio D”ni özündə birləşdirir və rəhbəri Aydın Doğanın Azərbaycana qarşı antimövqedə olması tez-tez deputatlar tərəfindən gündəmə gətirilərək tənqid olunurdu.


Teqlər:
Bu xəbər cəmi 815 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR