Bu il Azərbaycanda təqribən 40,7 milyon ton neft hasil ediləcəyi planlaşdırılır.
“Qafqazinfo”nun Trend-ə istinadən məlumatına görə, bunu Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) neftin, qazın hasilatı və nəqli üzrə vitse-prezidenti Rəhman Qurbanov Bakıda keçirilən XXII Beynəlxalq “Xəzər Neft və Qaz” sərgi və konfransında deyib.
2015-ci ildə qaz hasilatının 30,2 milyard kubmetr səviyyəsində olacağı proqnozlaşdırılır.
Onun sözlərinə görə, 2014-cü ildə Azərbaycanda neft hasilatı 42 milyon ton, qaz hasilatı isə 29,6 milyard kubmetr təşkil edib.
R.Qurbanov qeyd edib ki, bu il SOCAR-ın neft hasilatı 8,3 milyon ton, qaz hasilatı isə 6,5 milyard kubmetr səviyyəsində proqnozlaşdırılır: "Şirkətin bu il hasil edəcəyi neftin ümumi həcmindən 6,5 milyon ton emala, 1,7 milyon ton isə ixraca göndəriləcək".