Azərbaycanda ipoteka kreditlərinin verilməsi şərtlərinə dəyişiklik edilib. Fins.az-ın “Marja”-ya istinadən verdiyi məlumata görə, banklar Azərbaycan İpoteka Fondunun vəsaitləri hesabına verilən adi və güzəştli ipoteka kreditləri üzrə ilkin ödəniş nisbətini 20% və 15%-dən 50%-ə qədər qaldırblar.
Məsələn, “Bank Respublika” adi və güzəştli ipoteka üzrə 50%, “Bank Standard” QSC və "Muğanbank" adi ipoteka üzrə 40%, "Xalq" Bankı ASC və "AGBank" isə 30% ilkin ödəniş tələb edir.
“Azərbaycan İpoteka Fondu”ndan bildirilib ki, Fondun vəsaitləri ilə ipoteka kreditlərinin verilməsi qanunvricilik ilə tənzimlənir. Qanunvericilik müvəkkil banklara müəyyən səlahiyyətlər verir və yalnız ilkin ödəniş nisbətinin aşağı sərhəddini müəyyənləşdirir. İlkin ödəniş 15-20%-dən də yüksək nisbətlərdə tələb oluna bilər.
“Azərbaycan İpoteka Fondunun İnternet resurslarında ipoteka kreditləri barədə bütün məlumatlar yerləşdirilib”, - Fonddan bildirilib.
Banklardan bildirdilər ki, ipoteka kreditləri üzrə 30-50% ilkin ödəniş 2015-ci ilin əvvəlindən, hətta devalvasiyadan öncə tələb olunur və bununla bank öz risklərini azaltmış olur.
Qeyd edək ki, ilin sonuna qədər daşınmaz əmlakın qiymətinin 15-20% ucuzlaşacağı gözlənilir. Həm manatın yenidən ucuzlaşacağı narahatlıqları, həm də daşınmaz əmlakın qiymətinin aşağı düşəcəyi barədə proqnozlar bankları ehtiyatlı olmağa vadar edir.
QANUNVERİCİLİKDƏ MİNİMUM NİSBƏT GÖSTƏRİLİR
“Azərbaycan Respublikasının Milli Bankı nəzdində Azərbaycan İpoteka Fondunun vəsaiti hesabına ipoteka kreditlərinin verilməsi Qaydaları”na görə, kreditin məbləği kreditin verildiyi tarixə ipoteka ilə yüklü edilən daşınmaz əmlakın bazar qiymətinin 85%-dən çox olmamalıdır. Yəni, ilkin ödəniş minimum 15% müəyyən edilir. Banklar bu nisbətdən daha yüksək səviyyədə ilkin ödəniş tələb edə bilərlər.
Məlumat üçün bildirək ki, adi ipoteka maksimal illik 8% dərəcəsilə 25 ilədək, güzəştli ipoteka isə maksimal 4% dərəcəsilə 30 ilədək verilir. Hər iki ipoteka üzrə kreditin maksimal məbləği 50 min manatdır. İlkin ödəniş minimum 20% (Adi) və 15% (Güzəştli) təşkil edir.
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|