Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Nazirlik evsiz şəhid atası ilə bağlı məlumat yaydı

Nazirlik evsiz şəhid atası ilə bağlı məlumat yaydı
Beş minədək əlil və şəhid ailəsi mənzillə təmin edilib.


Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin mətbuat xidmətindən daxil olan məlumata görə, son günlərdə bəzi mətbu orqanlarda Bakı şəhəri, Binəqədi rayon, M. Cəlal küçəsi, ev 115, mənzil 9 ünvanında yaşayan, şəhid atası İsgəndərov İsgəndər İbrahim oğlunun və Nərimanov rayonu Böyükşor daş karxanası 194 ünvanında yaşayan, şəhid anası Kərimova Rima Baba qızının mənzil növbəsində olmalarına baxmayaraq, hələ də mənzillə təmin olunmamaları barədə dərc olunan yazılarla bağlı bildiririk ki, əlil və şəhid ailələri üçün inşa etdirilən mənzillərin bölgüsü nazirlikdə yaradılıb, tərkibində vətəndaş cəmiyyətlərinin, əlil ictimai birliklərinin də təmsil olunduğu komissiya tərəfindən həyata keçirilir. Mənzillərin bölgüsü əlil və şəhid ailələri üçün yaşayış binalarının inşa olunduğu rayon (şəhər) İH-lərindən təqdim olunan mənzil növbəliliyi siyahıları əsasında, növbəlilik prinsipinə ciddi şəkildə riayət olunmaqla aparılır.



Dərc olunan yazılarla bağlı bildiririk ki, İsgəndərov İsgəndər İbrahim oğlu 17 avqust 1998-ci il tarixdən Binəqədi rayon İH-də şəhid atası kimi mənzil növbəsində dayanıb və hazırda həmin rayon İH-də Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzil növbəliliyi siyahısında 29-cu sıra nömrəsi ilə mənzil növbəsindədir. Eyni zamanda, Kərimova Rima Baba qızı 20 dekabr 2000-ci il tarixdən Nərimanov rayon İH-də şəhid anası kimi mənzil növbəsində dayanıb. Nərimanov rayon İH-dən 25 may 2012-ci il tarixdə təqdim olunmuş Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzil növbəliliyi siyahısında 80-ci sıra nömrəsi ilə mənzil növbəsindədir. Bu vaxta qədər həmin rayonlarda əlil və şəhid ailələri üçün inşa etdirilmiş yaşayış binalarındakı mənzillərin bölgüsü zamanı İsgəndərov İsgəndər İbrahim oğlundan və Kərimova Rima Baba qızından sonra növbəyə dayanmış heç bir şəxsə mənzil verilməmiş, mənzil növbəliliyi prinsipi tam gözlənilmişdir. Mənzil bölgüsündə hansısa «qaranlıq məqamlar»ın olması barədə qeyd olunanların isə heç bir əsası yoxdur və bölgü tam şəffaflıq şəraitində aparılır. İ. İsgəndərovun və R. Kərimovanın növbələri çatdığı təqdirdə onlar da mənzillə təmin olunacaqlar.



İ. İsgəndərovun nazirliyin rəhbərliyinin qəbuluna düşmək cəhdlərinin qarşısının alınması, «nazirlikdən qovulması» barədə qeyd olunanlar da tam əsassızdır. Belə ki, nazir və nazirliyin digər rəhbər şəxsləri tərəfindən həm nazirlikdə, həm də ölkənin müxtəlif bölgələrində mütəmadi olaraq vətəndaş qəbulları həyata keçirilir və hər bir vətəndaşın müraciəti onun özünün şəxsən iştirakı ilə yerindəcə araşdırılaraq ədalətli qərar verilir, vətəndaşlarda haqlı narazılıq hallarına yol vermiş əməkdaşlar barədə ciddi inzibati tədbirlər görülür.


Teqlər:
Bu xəbər cəmi 2435 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR