Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Bakı Ali Neft Məktəbinin tələbələri Çində

Bakı Ali Neft Məktəbinin tələbələri Çində


Baki Ali Neft Məktəbinin (BANM) Neft-qaz mühəndisliyi ixtisası üzrə təhsil alan III kurs tələbələri Fidan Səlim-zadə və Ümid Tərlanlı 20-25 may tarixində Çin Xalq Respublikasının Pekin şəhərində keçirilən “Gələcək neft-qaz mühəndislərinin forumu”nda “SPE Azerbaijan”- ın (Neft-qaz mühəndisləri cəmiyyəti) sponsorluğu ilə iştirak ediblər. 



Qafqazinfo” xəbər verir ki, bu beynəlxalq tədbirdə bir sıra tanınmış şəxslər, “SPE” təşkilatının prezidenti Natan Mihan, “SPE” Çin bölməsinin prezidenti Zanq Ley, həmçinin Avropa və Asiyanın, o cümlədən Avstraliyanın ali təhsil müəssisələrini təmsil edən tələbələr iştirak ediblər.  Forum çərçivəsində iştirakçılar üçün bir sıra tədbirlər təşkil olunub. Tələbələr öz ölkəsi, təmsil etdiyi ali təhsil müəssisəsi ilə bağlı təqdimatlarla çıxış ediblər. Baki Ali Neft Məktəbinin Neft-qaz mühəndisliyi ixtisası üzrə təhsil alan III kurs tələbəsi, həmçinin “SPE”-nin BANM bölməsinin prezidenti Fidan Səlim-zadə  təqdimatla çıxış edərək təmsil etdiyi bölmə haqqında forum iştirakçılarını məlumatlandırıb. O, eyni zamanda, BANM-in fəaliyyətindən söz açıb, Ali Məktəbin beynəlxalq əlaqələri haqqında məlumat verib. Fidan Səlim-zadə cəmiyyətin BANM-dəki fəaliyyətindən də danışıb. O, həmçinin “SPE”-nin digər bölmələrindən də söz açaraq, bu cəmiyyətin Azərbaycandakı ümumi fəaliyyəti haqqında geniş məlumat verib. 


Təmsilçilərimiz forum çərçivəsində keçirilən müxtəlif yarışlarda iştirak ediblər, keçirilən “Neft-qaz mühəndisliyi üzrə bilik yarışı”nda BANM-ı təmsil edən komanda yarımfinala vəsiqə qazanıb.


 


Forum çərçivəsində keçirilən “Mədəniyyət günü”ndə Azərbaycan təmsilçiləri Azərbaycanın tarixi, coğrafiyası, mədəniyyəti, adət-ənənələri, musiqisi, incəsənəti, milli dəyərləri, həmçinin Azərbaycan mətbəxi haqqında geniş məlumat veriblər. 


Tədbir zamanı xarici tələbələrə Azərbaycanla bağlı suallar verilib və qalib gələn iştirakçılara Azərbaycanı xarakterizə edən müxtəlif hədiyyələr təqdim olunub. 




Teqlər:
Bu xəbər cəmi 1330 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR