Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Sığortasız maşınları sürmək olmayacaq

Sığortasız maşınları sürmək olmayacaq
Avtomobil sahiblərinin mülki məsuliyyətinin icbari sığortası ilə bağlı tələblər sərtləşdirilə bilər. “Qafqazinfo”nun xəzər xəbər-ə istinadən xəbər verir ki, təkliflərdə icbari sığortası olmayan avtomobil sürücülərinə qarşı ciddi tədbirlərin tətbiq edilməsi nəzərdə tutulub. Belə avtomobillər yol hərəkətindən uzaqlaşdırılacaq. Bürodan verilən məlumata görə, ölkəmizdə qeydiyyatda olan avtomobillərin sayı 1,3 milyondur. İcbari sığortası olan avtomobillər isə 700 minə yaxındır. Azərbaycanda sığortasız avtomobillərin sürücülərinə tətbiq edilən cərimələrin miqdarı cəmi 50 manatdır. Dəyişikliklərdən sonra avtomobillər cərimə meydançasına aparılacaq və yalnız bir şərtlə oradan buraxılacaq. Ölkənin yaşıl kart sisteminə qoşulması haqqında danışan İcbari Sığortalar Bürosunun sədri Elxan Quliyev bildirib ki, büro üzvü olan 11 sığorta şirkətinin hamısının yaşıl kart sisteminə qoşulması məcburidir. Əks təqdirdə həmin şirkətlər icbari sığorta şəhadətnamələrinin satışı lisenziyasından məhrum ediləcəklər. 2016-cı ilin yanvarından fəaliyytə başlayacaq yaşıl kart sisteminin ilkin tarifləri də məlumdur. Tariflər səyahət edilən ölkə və avtomobilin mührəkinin həcmindən asılıdır. Azərbaycan yaşıl kart sistemin üzvü olandan sonra bizim sürücülər xarici ölkədə qəza törədəcəyi təqdirdə dəymiş ziyanı ölkəmizdə sürücünün icbari sığortasını aparmış şirkət ödəyir.

Teqlər:
Bu xəbər cəmi 980 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR