Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Avropa Oyunlarının biletləri ilə bağlı yeni xəbər

Avropa Oyunlarının biletləri ilə bağlı yeni xəbər


Birinci Avropa Oyunlarının açılış mərasimi üçün nəzərdə tutulan biletlərin 80 faizi artıq satılıb. 



"Qafqazinfo" xəbər verir ki, bu barədə "Trend"-ə Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsindən məlumat verilib.



Qeyd olunub ki, bütün sektorlar üzrə, əsasən də 200 AZN-lik biletlər tamamilə satılıb. Hazırda satışda 100 AZN və 50 AZN dəyərində biletlər var, lakin 20 AZN-lik biletlər tamamilə satılıb.



Ən çox hansı idman növü üzrə biletlərin satılması məsələsinə gəlincə isə bildirilib ki, gimnastika, güləş, üzgüçülük və boks idman növləri son dərəcə məşhurdur, lakin bəzi yarışlar üçün biletlərimiz hələ də qalıb. Mingəçevir şəhərində bir həftə əvvəl bilet satış mərkəzinin açılmasından sonra insanlar avarçəkmə yarışlarına böyük maraq göstərirlər.



Ümumilikdə biletlərin neçə faizinin satılması məsələsinə gəlincə isə bildirilib ki, bu, hər gün dəyişir, lakin rəqəmlər çox ürəkaçandır. Azərbaycanlılar şəhərdə yerləşən satış mərkəzlərində, məsələn, Park Bulvar, 28 Mall, Metro Park və bir çox köşklərdə üstünlük təşkil edirlər. Yalnız yarışları deyil, eləcə də Bakının əfsanəvi qonaqpərvərliyini səbirsizliklə gözləyən xarici qonaqlar isə daha çox onlayn bilet əldə edirlər.


Teqlər:
Bu xəbər cəmi 595 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR