Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Bakı Ali Neft Məktəbi əməkdaşlıq müqaviləsi bağladı

Bakı Ali Neft Məktəbi əməkdaşlıq müqaviləsi bağladı


Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov “SOCAR UPSTREAM Management International MMC” şirkətinin İcraçı direktoru Yaşar Lətifovun rəhbərliyi ilə BANM-ə gələn nümayəndə heyətini qəbul edib. 



Qafqazinfo” xəbər verir ki, görüşdə ikitərəfli əlaqələrin inkişaf etdirilməsi, qarşılıqlı əməkdaşlıq məsələləri, sözügedən şirkətlə Bakı Ali Neft Məktəbi arasında nəzərdə tutulan tərəfdaşlıq imkanları müzakirə olunub. Görüşdə, həmçinin Bakı Ali Neft Məktəbi ilə  “SOCAR UPSTREAM Management International MMC” şirkəti arasında əməkdaşlıq haqqında razılaşma imzalanıb. Razılaşmanın məqsədi BANM-də müxtəlif ixtisaslar üzrə yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasını təmin etmək üçün zəruri maddi-texniki, elmi-metodiki və təşkilati tədbirlərin həyata keçirilməsidir. Belə ki, BANM ilə şirkət öz nizamnamələri və səlahiyyətləri çərçivəsində bir sıra sahələr üzrə əməkdaşlıq edəcəklər.



Bununla yanaşı, BANM-də tətbiq edilən tədris proqramları çərçivəsində BANM-in tələbələri üçün şirkətin mütəxəssisləri tərəfindən mühazirələr oxunması, onların müəllim kimi fənlərin tədrisinə cəlb olunması, BANM-in tələbələrinin şirkətin müəssisələrində təcrübə keçməsi,  BANM-in məzunları üçün iş imkanlarının nəzərdə tutulması, BANM-in tələbələrinin yay təcrübə proqramlarında iştirakının təmin edilməsi, tələbələr üçün kursların təşkil edilməsi, mütəxəssis hazırlığının keyfiyyətini yüksəltmək məqsədilə birgə seminarların və ixtisasartırma kurslarının təşkil edilməsi nəzərdə tutulur.



Əməkdaşlıq haqqında razılaşmanı Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov və “SOCAR UPSTREAM Management International MMC” şirkətinin İcraçı direktoru Yaşar Lətifov imzalayıblar.


Teqlər:
Bu xəbər cəmi 1825 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR