Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Bulvarda çayın qiyməti ilə bağlı - Xəbərdarlıq

Bulvarda çayın qiyməti ilə bağlı - Xəbərdarlıq


Dünəndən sosial şəbəkələrdə bulvarda çayın qiymətinin ucuzlaşması ilə bağlı məlumatlar yayılıb. 



"Qafqazinfo" xəbər verir ki, məlumatda bildirilir ki, Milli Parkın ərazisində çay içərkən sadə çayı 2 manata, mürəbbə ilə çayı 3 manata verməsələr, artıq pul istəsələr şikayət edə bilərsiniz - 0552827000, 0124801836.  Bu nömrələr daima işləyir və baha çay verən obyekt sahiblərini cərimə edirlər.



 Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov modern.az-a açıqlamasında məsələyə aydınlıq gətirib.



“2008-ci ildən Bulvar İdarəsinin “Qaynar xətti” fəaliyyət göstərir. Biz bu metodla baş verən neqativ hallarla mübarizə aparırıq. Neqativ hallarla rastlaşan sakinlərimiz günün 24 saatı, həftənin 7 günü aktiv olan bulvarın “Qaynar xətti”nə  - 055 282 70 00, 012 480 18 36 nömrələrinə zəng edə bilərlər”.



Qeyd edək ki, göstərilən mobil telefona idarənin rəis müavini Nazim Məcidov özü cavab verir. İdarə rəsmisi bildirib ki, “Qaynar xətt”ə ayda bir neçə dəfə zənglər daxil olur: 



“Daxil olan şikayət əsasında məsələ yerindəcə araşdırılır. Əgər deyilənlər təsdiqini tapırsa, doğurdan da kimsə 2-3 manatlıq çaya görə vətəndaşdan artıq pul tələb edirsə, “mütləq çayın yanında çoxsaylı şirniyyat almalısan” tələbini qoyursa cəzalandırılır. Araşdırmalar zamanı o da məlum olur ki, şikayətlər bəzən vətəndaş və xidmət işçisi arasında anlaşılmazlıqlardan yaranır”.



Qəbul olunan standartlara görə, Milli Parkda sadə çay 2 manat, mürəbbəli çay 3 manatdır. Əgər Bulvar ərazisində hər hansı bir çayxana və kafedə çay sifariş edərkən “bizdə sadə çay olmur, yanında mütləq nəsə sifariş etməlisiniz” deyilirsə,  mütləq göstərilən “qaynar xətt” nömrələrinə zəng etmək lazımdır.


Teqlər:
Bu xəbər cəmi 1165 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR