Ötən gün Masallı rayonunda gənc qızın asılmış meyiti tapılıb.
Hadisə Hacıtəpə kəndində qeydə alınıb.
Hadisə barədə axşam saatlarında məlumat verilib. Hadisə yerinə gedən hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırmalara başlayıb. Araşdırmalar zamanı asılmış qızın 17 yaşlı Səbinə Kərimova olduğu məlum olub. Meyit müayinə edilib və məlum olub ki, qız intihar edib.
Məlumata əsasən, gənc qız nişanlı olub. Lakin o, nişanlısını sevməyib. Bu səbəbdən də, qız ona ərə getmək istəmirmiş.
Lakin qızın valideynləri və nişanlısı ondan əl çəkməyib. İntihara da məhz bunun səbəb ola biləcəyi istisna edilmir.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.