“Azərbaycanın mədəni irsinə sevgimi bildirmək istədim”.
Ukraynanın tanınmış estrada ulduzu, Krım Muxtar Respublikasının əməkdar artisti, Ukrayna Ali Radasının deputatı Zlata Oqneviç şair Fikrət Qocanın və bəstəkar Polad Bülbüloğlunun “Gəl ey səhər” mahnısını ifa edib.
Azərbaycan Respublikasının Ukraynadakı Səfirliyindən Oxu.Az-a verilən məlumata görə, Zlata Oqneviç “Bu mahnını ifa etməklə mən Azərbaycanın mədəni irsinə sevgimi, Azərbaycan xalqının ənənələrinə hörmətimi və əfsanəvi bəstəkar və müğənni Polad Bülbüloğluya rəğbətimi bildirmək istədim” deyib.
İfanın videosunu təqdim edirik. Video Baku Music Factory kanalından götürülüb.
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək.
Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib.
Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək.
O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
Ölkəmizdə insanların sağlamlığına verilən önəm, bu sahəyə dövlətin və şəxsən ölkə başçısının diqqət və qayğısı səhiyyəmizin bugünkü yüksək inkişafında bir güzgü kimi əks olunur.