Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Bakı Metropoliteninin Avropa Oyunları ilə bağlı- Planı

Bakı Metropoliteninin Avropa Oyunları ilə bağlı- Planı


Avropa Oyunları ərəfəsində Bakıda yollarda fasilələrlə tətbiq edilən məhdudiyyətlər və parkinq üçün yer tapmaq çətinliyi üzündən fərdi avtomobillərlə hərəkət etmək nisbətən əlverişsiz olacağından əhalinin böyük əksəriyyətinin ictimai nəqliyyatdan, xüsusən metrodan istifadəyə üstünlük verəcəyi gözlənilir. Oyunlar zamanı şəhərə gələn yerli və xarici qonaqların çoxluğu da nəzərə alınarsa, ilk baxışdan metroda sərnişin sıxlığının yaşanacağı təəssüratı yaranır.Qafqazinfo” xəər verir ki, “Bakı Metropoliteni” QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev Trend-ə bildirib ki, bununla bağlı qətiyyən narahat olmağa dəyməz: “Əvvəla, artıq ali və ümumtəhsil məktəblərində tədris müddəti başa çatdığından, eləcə də dövlət müəssisə və təşkilatlarında Avropa Oyunları ilə əlaqədar iş rejimi qrafiki dəyişdiyindən metroda sərnişinlərin ciddi sıxlığı gözlənilmir. Bakı Metropoliteni hər il məktəblərdə dərslər başa çatdıqdan sonra yay qrafikinə keçir. Adətən adi günlərdə metrodan gün ərzində 800-850 min sərnişin istifadə edirsə, yay vaxtı onların sayı demək olar ki, təxminən 2 dəfə azalaraq 400-450 min nəfərə düşür. Bu il Avropa Oyunları ilə əlaqədar dərslər həmişəkindən daha tez başa çatdığından metro da yay qrafikinə tez keçəcək. Lakin hələlik bununla bağlı rəsmi qərar verilməyib”.



Bundan əlavə şöbə rəisi qeyd edib ki, Bakı Metropoliteni Avropa Oyunları ilə bağlı xüsusi plan hazırlayıb: “Plana əsasən sərnişinlərin daşınması ilə bağlı ən xırda detallar da nəzərə alınıb. Bunu mayın 9-da Avropa Oyunları ilə əlaqədar keçirilən sınaq tədbirləri də göstərdi. Şükürlər olsun ki, bu sınaqdan üzüağ çıxdıq. Təbii ki, Oyunların açılış və bağlanış mərasimləri günü sərnişinlərin nisbətən çox olacağı istisna edilmir. Amma bütün bu detallar nəzərə alınıb. Həmin günlərdə xəttə buraxılan qatarların sayı artırılacaq və qatarlar arasında vaxt intervalı azaldılacaq. Hətta ehtiyac duyularsa, xəttə ehtiyat qatarlar da buraxıla bilər. Eyni zamanda, metropoliten ərazisində görülən təhlükəsizlik tədbirləri də gücləndiriləcək. Təbii ki, həmin gün Milli Olimpiya Stadionunda keçirilən tədbirdən sonra oradakı insanların hamısını birdən-birə yaxınlıqdakı “Koroğlu” stansiyasına buraxmaq olmaz. Bu məsələ BEGOC tərəfindən nəzərə alınıb və müvafiq qurumlarla birgə tənzimlənəcək. Ona görə də əhalinin və qonaqların narahatlığına heç bir əsas yoxdur”.


Teqlər:
Bu xəbər cəmi 1065 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR