ANS teleradio yayım şirkəti daha bir təcrübəli kadrını itirib.
Ölkə.Az xəbər verir ki, telekanalın baş operatoru Hikmət Əsgərov işdən çıxmaq haqda ərizə yazıb. Bildirilir ki, təcrübəli operator uzun illər çalışdığı telekanaldan maaş probleminə görə uzaqlaşıb. Əməkdaşımız operatorun özü ilə əlaqə saxlayıb. O, ANS-dən ayrılmasının səbəbini açıqlamaq istəməsə də, işdən çıxmağını təsdiqləyib.
Qeyd edək ki, Hikmət Əsgərov 16 il ANS-də çalışıb.