Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Sürücülərin nəzərinə- Bağlı yollardan biri açıldı

Sürücülərin nəzərinə- Bağlı yollardan biri açıldı


Bakıda Akademik Şəfayət Mehdiyev küçəsinin bağlı olan hissəsi açılıb. 



Qafqazinfo” “Azəryolservis” ASC-yə istinadən xəbər verir ki, I Avropa Oyunları öncəsi nəqliyyat vasitələrinin rahat və maneəsiz hərəkətini təmin etmək məqsədilə aparılan təmir-tikinti işləri çərçivəsində bağlı olan Akademik Şəfayət Mehdiyev küçəsinin Əbdürrəhim bəy Haqverdiyev küçəsi ilə kəsişməsindən General Akim Abbasov küçəsi ilə kəsişməsinə qədər olan hissəsində işlər artıq yekunlaşıb. Bu gündən küçənin bu hissəsində nəqliyyatın hərəkəti tam bərpa olunub.



Qeyd edək ki, təmir olunmuş hissənin uzunluğu 510 metr, eni isə 18 metrdir. Ümumilikdə sözügedən ərazinin 10 min kvadrat metr sahəsinə yeni asfalt beton örtüyü döşənib. Bundan başqa yol boyu kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılıb, baxış qapaqları dəyişdirilib, yağış barmaqlıqları yenilənib, səth sularının normal kənarlaşdırılması üçün zəruri olan yerlərdə yağış-kanalizasiya sistemi qurulub. Təmir olunmamış hissə də daxil olmaqla küçəyə 3 min paqon-metr səki daşı düzülüb.



Küçənin digər hissəsi, yəni Akim Abbasov küçəsinin kəsişməsindən Tbilisi prospektinin kəsişməsinədək olan hissəsində hələlik hissə-hissə nəqliyyat vasitələrinin hərəkəti mahdudlaşdırılır. Bu ərazidə yeni asfal-beton örtüyünün döşənməsi işlərinə start verildikdə sözügedən hissə tam olaraq bağlanacaq. Qeyd edək ki, bu hissənin uzunluğu 1200 metr, eni 18 metrdir. Anoloji işlər bu ərazidə də həyata keçiriləcək.



Akademik Şəfayət Mehdiyev küçəsinin ümumi uzunluğu 1700 metrdir. Ümumilikdə küçə boyu 30 min kvadrat metr sahəyə yeni asfalt-beton örtüyü döşənəcək.


Teqlər:
Bu xəbər cəmi 965 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR