Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

“Bonaqua”, “Badamlı”, “Aquavita”, “Damla”, “Slavyanka”-heç biri içməli deyil?

“Bonaqua”, “Badamlı”, “Aquavita”, “Damla”, “Slavyanka”-heç biri içməli deyil?


Artıq yayın isti nəfəsini duyuruq. Bu cür isti havada isə bizə məlhəm sərinləşdirici içkilərdir. Ancaq bu fikri bu gün satışda olan bütün sərinləşdirici içkilərə aid etmək mümkün deyil. Müşahidələrimiz göstərir ki, artıq ticarət obyektlərində müxtəlif çeşiddə sərinləşdirici içkilər satışa çıxarılıb. Suların müxtəlif çeşiddə olması istehlakçılara rahat seçim imkanı verir. Lakin seçim zamanı diqqətli olmaq lazımdır. Onların saxlanma müddəti, qablaşdırılması, tərkibi gözdən keçirilməlidir. Təəssüflə qeyd etməliyik ki, mağazalarda çeşid bolluğu olsa da, məhsulların əksəri aşağı keyfiyyət göstəricilərinə malikdir.



Bəs hansı sular keyfiyyətlidir? Bununla bağlı suallarımızı Azad İstehlakçılar Birliyinin sədri EyyuB Hüseynov cavablandırdı.



“Bonaqua”, “Badamlı”, “Aquavita”, “Damla”, “Slavyanka”-heç biri içməli deyil?



Suyu “Allahın möcüzəsi” adlandıran E.Hüseynov istehlakçıları diqqətli olmağa çağırdı: “Suyun rəngi, dadı, ətri yoxdur. Buna görə də, onun kran suyu və ya təmizlənmiş su olmasını ayırd etmək istehlakçı üçün çox çətindir. Onlardan tez-tez zənglər gəlir. Marketdə 1 lt-ri 30 qəpik və ya 1 lt 8 AZN olan sular var. Zəng edənlər bu suların bir-birindən nə ilə fərqləndiyini soruşur. Diqqət etsək, hər ikisi qazlaşdırılmayan sulardır. Onlar plastik və ya şüşə qablarda satışa çıxarılır. Qiymətlərdəki kəskin fərqlilik suların keyfiyyətindəki problemlərdən xəbər verir. İstehlakçı isə suların hansının keyfiyyətli olmasını ayırd edə bilmir”.

E. Hüseynov bildirir ki, AİB məsələni araşdırmaq üçün xüsusi bir portativ cihaz əldə edərək keyfiyyətsiz suları üzə çıxarıb. Hətta ucuz olduğu üçün alıb içdiyimiz suların tərkibi sizi də dəhşətə gətirəcək: ”Həmin cihazla biz qablaşdırılmış suların vəziyyətini analiz etdik. Cihazın göstəricisinə görə, 1 lt suda duzların miqdarı 50 mkq olarsa, bu su əla keyfiyyətli hesab olunur. Göstərici 50-100 arasında olduqda bu yaxşı su, 100-250 olarsa, normal, 250-300 mkq isə pis su hesab olunur. Sularda duzların miqdarı 450 mkq-dan yuxarı olduqda su texniki su hesab olunur. Və onu içmək olmaz. Biz bu göstəricilərə əsasən “Bonaqua”, “Badamlı”, “Sirab”, Türkiyə istehsalı olan “Sırma”, “Aquavita”, “Damla”, “Slavyanka”, avtomobillərə tökülən distillə edilmiş suyu və kran suyunu müayinə etdik. Məlum oldu ki, “Bonaqua”da duzların miqdarı 210, “Badamlı”da 205, “Sirab”da 134, “Sırma”da 83-dür. Distillə olunmuş sularda, əslində heç bir duz olmamalıdır. Bu suyu avtomobildə akkumulyatora tökürlər. Buna baxmayaraq, analiz zamanı bu sularda duzların miqdarının 358 mkq olduğu bilindi. Yəni, bu sular kran suyu lə eyni səviyyəyə malikdir. “Aquavita”da duz miqdarı 368 , “Damla”da isə 393, “Slavyanka”larda 326, kran suyunda 329 mkq-dır. İri qablarda qablaşdırılmış “Slavyanka”larda isə duz miqdarı 345 mkq-dır. Bu, onu göstərir ki, istehlakçı mağazadan yalnız “Sırma”nı alıb içə bilər. Bir də pis hesab edilməyən “Sirab”ı. Qalan sular duzla zəngindir və təmizlənmir. Sadəcə krandan qablara doldurularaq əhaliyə satılır”. 

Sərinləşdiricı içkilər sırasında limonadlar, meyvə suları və duşeslərin də adını çəkmək olar. Ancaq Eyyub müəllim onların da orqanizm üçün təhlükəli olduğunu bildirdi: “Rəngləndirilmiş sərinləşdirici içkilərdə də problemlər var. Firmaların çoxu süni rənglərdən istifadə edir. Əhali qazlaşdırılmış və rənglənmiş sulardan mümkün qədər uzaq olsun.”

Gördüyünüz kimi, alıcılar sadalanan faktları nəzərə alaraq mağazalardan öz seçimini edə bilər.

“Bonaqua”, “Badamlı”, “Aquavita”, “Damla”, “Slavyanka”-heç biri içməli deyil?



“Bonaqua”, “Badamlı”, “Aquavita”, “Damla”, “Slavyanka”-heç biri içməli deyil?



“Bonaqua”, “Badamlı”, “Aquavita”, “Damla”, “Slavyanka”-heç biri içməli deyil?



“Bonaqua”, “Badamlı”, “Aquavita”, “Damla”, “Slavyanka”-heç biri içməli deyil?


Teqlər:
Bu xəbər cəmi 1085 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR