Böyük Britaniyanın eks-baş naziri Toni Bleyer Yaxın Şərq üzrə “Kvartet”in (Rusiya, BMT, Aİ, ABŞ) xüsusi nümayəndəsi vəzifəsindən istefa verib.
“Qaqazinfo” İnterfax-a istinadən xəbər verir ki, Yerusəlimdəki mənbələrin məlumatına görə, Bleyer istefası ilə bağlı BMT-nin baş katibi Pan Qi Muna ərizə ilə müraciət edib.
Bəzi mənbələr keçmiş baş nazirin bu qərarını onun səlahiyyətlərinin azaldılmasından keçirdiyi sarsıntı ilə əlaqələndirirlər. Bleyer bu vəzifəni 2007-ci ildən (8 il) icra edirdi.
Qeyd edək ki, Britaniya mətbuatı məlum istefa ilə bağlı martdan başlayaraq xəbərlər verirdi.