Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Azercell növbəti beynəlxalq sertifikata sahib oldu

Azercell növbəti beynəlxalq sertifikata sahib oldu


Şirkət “Socialbakers Engage Award” mükafatına layiq görüldü 



Azərbaycanın lider mobil operatoru Azercell Telekom daha bir uğura imza atıb. Şirkət bu dəfə sosial şəbəkələrin monitorinqini keçirən məşhur “Socialbakers” şirkətinin təsis etdiyi “SocialBakers Engage Award” mükafatına layiq görülüb. Mükafat mayın 20-22 –də Cexiyanın paytaxtı Praqada keçirilən “Engage Prague 2015” konfransında Azercell-ə təqdim olunub. Marketinq sahəsində ən mötəbər auditoriyanı bir yerə toplayan dünya səviyyəli konfransda dünyanın müxtəlif ölkələrindən tanınmış marketoloqlar, şirkət rəhbərləri, marketinq üzrə direktorlar və sosial/innovativ marketinq üzrə mütəxəssislər iştirak edib. Dünyanın mötəbər məruzəçilərinin çıxış etdiyi və Twitter-də daim ən popular mövzuya çevrilən bu konfransa canlı olaraq 1000, onlayn şəkildə isə minlərlə iştirakçı qatılıb. Konfransda 2014-cü ildə dünyada sosial media sahəsində lider olan şirkətlər mükafatlandırılıb. Azercell bu mükafatı əldə edən ilk mobil operator olub. 2014-cü ilin ikinci rübündə Azercell Azərbaycanda ilk dəfə olaraq sosial şəbəkələrdə 100% cavablama nəticəsini əldə edərək rekord göstəriciyə imza atıb. Məlumat üçün bildirək ki, hələ 2012-ci ildə Facebook səhifəsində istifadəçilərin verdiyi bütün sualların cavablandırılmasına görə Azercell ölkədə “Socially devoted” sertifikatına layiq görülmüş ilk mobil operator olmuşdur. Sertifikata layiq görülmək üçün səhifə istifadəçilərinin ildən-ilə artan müraciətlərinin cavablandırma səviyyəsi ölçülür. Yüksək istifadəçi sayı ilə bərabər Azercell həmçinin, səhifədəki abunəçilərin fəallığı və aktiv istifadəsi baxımından da dəfələrlə ilk yerləri qazanıb.



Onu da qeyd edək ki, sosial şəbəkələrin monitorinqini keçirən məşhur “Socialbakers” şirkətinin apardığı araşdırma göstərib ki, istifadəçilərin sayına görə Azercell-in Facebook səhifəsi ölkədə ilk yerlərdən birini, mobil operatorlar arasında isə birinci yeri tutur. Hal-hazırda Azercell-in rəsmi Facebook səhifəsinin istifadəçilərinin sayı 370 000 nəfəri ötüb və bu rəqəm gündən-günə artmaqdadır.



Qeyd etmək istərdik ki, Azercell həm sosial şəbəkələrdə rəsmi səhifə, həm də onlayn rejimdə çalışan müştəri xidmətləri yaradan ilk mobil operator olmuşdur. Bu yeniliklərin tətbiqində məqsəd abunəçilərlə daha sıx əlaqənin qurulması, onlara yeniliklər haqqında operativ məlumatın çatdırılması idi. Nəticədə Azercell abunəçiləri 24/7 rejimində yüksək keyfiyyətli xidmətdən yararlana bilir və altı fərqli sosial şəbəkənin imkanlarından istifadə edirlər: Facebook, Twitter, Disput.Az, Google+, YouTube və Instagram. Bu şəbəkələrdə verilən suallar ən qısa zamanda, hətta bir neçə saniyə ərzində cavablandırılır.



Telekommunikasiya xidmətlərində liderliyi qoruyan Azercell hər zaman olduğu kimi, digər yenilikçi səhələrdə də birinci olmağa, abunəçilərinə ən son texnologiyalara çıxış imkanı yaratmağa çalışır.


Teqlər:
Bu xəbər cəmi 1010 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR