Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Oxuyun ki, sabah tıxaca düşməyəsiz- Sürücülərin nəzərinə

Oxuyun ki, sabah tıxaca düşməyəsiz- Sürücülərin nəzərinə


Mayın 28-də, Respublika Günündə I Avropa Oyunları ilə əlaqədar təlim və sınaq tədbirlərinin keçirilməsi ilə bağlı Bakıda bir sıra yollar üzrə nəqliyyatın hərəkət istiqaməti dəyişdiriləcək. Əhalinin rahat və fasiləsiz hərəkətini təmin etmək məqsədilə Bakı şəhər Dövlət Yol Polisi İdarəsi sürücülərə alternativ yollar təklif edir. 



Qafqazinfo” xəbər verir ki, bunu Trend-ə Daxili İşlər Nazirliyi (DİN) Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.



Onun sözlərinə görə, mayın 28-də Bakıda I Avropa Oyunları ilə əlaqədar növbəti təlim və sınaq tədbirlərinin keçirilməsi nəzərdə tutulub. Bu isə yollarda müəyyən təhlükəsizlik tədbirlərinin gücləndirilməsi zərurətini yaradır: “Bununla əlaqədar mayın 28-də saat 10:30-dan etibarən məşqlər tam başa çatanadək paytaxtın Neftçilər prospekti boyu hotellərdəki qonaqların Heydər Əliyev Mərkəzinə doğru hərəkətinin müşayiəti və görülən təhlükəsizlik tədbirləri ilə əlaqədar “Azneft” dairəsi, Neftçilər prospekti, “Azadlıq” meydanı, Yusif Səfərov küçəsi, “10-cu zavod” dairəsi, Heydər Əliyev prospekti, Heydər Əliyev Mərkəzi, metronun “Koroğlu” stansiyası, Milli Olimpiya Stadionuna doğru nəqliyyat vasitələrinin hərəkəti üçün alternativ yollar təklif edilir. Belə ki, “Azneft” dairəsindən Niyazi küçəsi, İstiqlaliyyət, Lermontov, Mehdi Hüseyn küçələri və Parlament prospektinə, eləcə də “Cavanşir” körpüsündən Üzeyir Hacıbəyov küçəsi ilə “Azadlıq” meydanı, Zərifə Əliyeva və Rəsul Rza küçələrinə doğru nəqliyyatın hərəkət istiqaməti dəyişdiriləcək”.



V.Əsədov qeyd edib ki, yol polisi əhaliyə, paytaxtın mərkəzinə doğru və əks istiqamətdə hərəkət etmək istəyən sürücülərə alternativ yollar təklif edir: “Onlara paytaxtın cənub girişindən Bakı-Salyan yolunun 14-cü km-dən 3-cü kənar dairəvi yolla Badamdar qəsəbəsi və “20 Yanvar” dairəsi istiqamətində hərəkət etmələri, eləcə də “20-ci sahə” dairəsindən və Bayıl qəsəbəsindən isə Neftçilər prospekti istiqamətinə deyil, dağüstü yolla Badamdar qəsəbəsi və Mətbuat prospekti istiqamətinə hərəkət etmələri tövsiyə olunur. Heydər Əliyev Beynəlxalq Hava Limanından şəhərə doğru gələnlərin hərəkəti Aeroport yolundakı körpünün üzərindən Bakı-Hövsan beton yolu ilə planlaşdırılır. Bakının bu istiqamətdəki qəsəbələrindən isə metronun “Koroğlu” stansiyasına doğru şəhər şosesi ilə körpünün üzərindən Elşən Mehdiyev küçəsindən keçməklə Bakıxanov qəsəbədaxili yollarla və yaxud 8-ci km qəsəbəsi, Qara Qarayev prospekti ilə körpünün üzərindən keçməklə Ziya Bünyadov prospektinə doğru rahat hərəkət etməklə mümkün olacaq. Eyni zamanda, göstərilən ərazilər üzrə əks istiqamətdə hərəkət edənlərə də sadalanan yollardan istifadə etmələri tövsiyə olunur”.



Bölmə rəisi əlavə edib ki, ümumiyyətlə, Ziya Bünyadov prospekti və ona kəsişən bütün yollarda hərəkətin rahat və fasiləsizliyi tam təmin ediləcək.


Teqlər:
Bu xəbər cəmi 1045 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR