Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Nazirlik Avropa Oyunlarına görə nəzarəti gücləndirdi

Nazirlik Avropa Oyunlarına görə nəzarəti gücləndirdi


Banklar tərəfindən verilən sifarişlər üzrə təkcə keçən ildən bəri ölkəmizə 75 min ədəd POS-terminal gətirilib. Onların bir hissəsi «kart vasitəsilə birbaşa təmas olmadan» istifadəni nəzərdə tutan xüsusi qurğulardır ki, bunlar inkişaf etmiş ölkələrdə son illərdə tətbiq edilməkdədir. 



Vergilər Nazirliyinin analitik informasiya şöbəsindən AzVision.az-a verilən məlumata görə, ilin əvvəlindən indiyədək respublikada POS-terminalların sayı 81,7 mindən 86 minə çatdırılıb. Fəaliyyətini dayandıran iki minə yaxın obyekt üzrə POS-terminallar qeydiyyatdan çıxarılıb. İndiyədək quraşdırılan POS-terminalların 62,4%-i Bakı şəhərinin, 37,6%-i isə regionların payına düşür.



Nazirlikdən verilən məlumata görə, 2015-ci ildə əlavə quraşdırılan POS-terminalların sayında regionların payı daha çoxdur. Xüsusilə Sumqayıt, Mingəçevir, Şəmkir, Şirvan və Lənkəran şəhərlərində, Abşeron, Şamaxı, İsmayıllı, Oğuz, Qəbələ, Şəki, Göyçay, Balakən, Qax və Zaqatala rayonlarında POS-terminalların quraşdırılması daha fəal həyata keçirilib. May ayından bütün respublikada, xüsusilə Bakı və Mingəçevir şəhərində yerləşən 30287 obyekt üzrə POS-terminalların işlək vəziyyətdə olması yoxlanılıb, onlardan 1632-nin nasaz olduğu müəyyən edilib və 1430-u təmir olunaraq obyektlərə qaytarılıb. Bu qurğuların işlək vəziyyətdə olması yoxlanılan zaman POS-terminallardan istifadə qaydaları bir daha vergi ödəyicilərinə və ya onların işçilərinə əyani şəkildə göstərilib.



Statistik göstəricilərə əsasən, POS-terminalların tətbiqinin genişləndirilməsi nağdsız dövriyyənin artmasına da tədricən təsir göstərməkdədir. Nağdsız ödənişlərin həcmi 2014-cü ilin ilk rübü ərzində 154 milyon manat olduğu halda, 2015-ci ilin müvafiq dövrü üzrə bu rəqəm 172 milyon manat təşkil edib, artım həcmi 18 milyon və ya 12% olub.



Vergilər Nazirliyi tərəfindən POS-terminallardan istifadənin üstünlükləri və istifadə qaydası barədə həm əhali, həm də vergi ödəyiciləri arasında mütəmadi məlumatlandırma işləri aparılır. Nazirliyin hazırladığı «POS-terminalların tətbiqi ilə əlaqədar vergi ödəyicilərinin məlumatlandırılması zamanı görülməli işlərə dair tövsiyələr» vergi ödəyicilərinə obyektlərdə quraşdırılmış POS-terminallardan istifadə vərdişlərinin aşılanması, eləcə də nağdsız ödənişlərin əlverişliliyi və üstünlükləri barədə geniş izahat və təbliğat işlərinin həyata keçirilməsi üçün nəzərdə tutulub. Bundan əlavə, əhalinin məlumatlandırılması məqsədilə sahibkarlıq obyektlərinin görünən yerlərində stiker formasında təbliğat-təşviqat lövhələri quraşdırılıb.


Teqlər:
Bu xəbər cəmi 995 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR