Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Səlim Müslümov: "Bölgələrdə müharibə əlilləri və şəhid ailələri üçün 400-ə yaxın fərdi ev tikilir"

Səlim Müslümov:



Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Cəlilabadda 5 rayonun (Cəlilabad, Biləsuvar, Cəbrayıl, Salyan, Neftçala) sakinlərini fərdi qaydada qəbul edib. Bu barədə "Report"a nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.



Açıq qapı şəraitində keçən qəbul zamanı vətəndaşların ayrı-ayrı sosial təminat növləri, habelə mənzil və minik avtomobili, reabilitasiya vasitələri və bərpa-müalicə xidməti ilə təmin olunma, məşğulluğun və əmək hüquqlarının təminatı və digər məsələlərlə əlaqədar müraciətləri dinlənilib. 



S.Müslümov müraciətlərdə qaldırılan məsələlərin araşdırılaraq qanunauyğun tədbirlər görülməsi, ayrı-ayrı əlilliyi olan şəxslərin ehtiyac duyduqları reabilitasiya vasitələri, bərpa-müalicə müəssisələrinə göndəriş, dövlət hesabına minik avtomobili ilə təmin olunmaq üçün tibbi göstərişinin olub-olmamasının müəyyən edilməsi və s. barədə nazirliyin aidiyyəti struktur bölmələrinin məsul şəxslərinə tapşırıqlar verib.



Növbədə dayanan şəxslərin mənzillə təmin olunmaq barədə müraciətlərini cavablandıran S.Müslümov deyib ki, hazırda respublikanın bölgələrində müharibə əlilləri və şəhid ailələri üçün 379 fərdi ev tikilir: "Eyni zamanda, sakinlərini qəbul etdiyimiz Cəlilabad rayonunda bu təbəqələrdən olanlar üçün 2, Biləsuvar rayonunda 3, Neftçala rayonunda 10 fərdi ev tikilir. Salyan rayonunda isə 18 fərdi evin inşası işləri artıq tamamlanmaq üzrədir. Cari il ərzində bu rayonlarda yeni fərdi evlərin tikintisinə başlanması da nəzərdə tutulur".



Ayrı-ayrı ümumi səbəbdən əlilliyi olan şəxslərin mənzillə təmin olunmaq barədə müraciətləri ilə əlaqədar S. Müslümov bildirib ki, nazirliyin sifarişi əsasında inşa olunan mənzillər ölkənin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar sağlamlıqlarını itirmiş vətəndaşlar və şəhid ailələri üçün nəzərdə tutulub. Ümumi səbəblərdən əlilliyi olan şəxslərin mənzillə təminatı nazirliyin səlahiyyətlərinə aid deyil və belə şəxslər mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması ilə əlaqədar yaşadıqları rayonun və ya şəhərin İH-lərinə müraciət etməlidirlər. Eyni zamanda, məcburi köçkün olan Qarabağ əlilləri və şəhid ailələri də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən inşa etdirilən qəsəbə və komplekslərdə məcburi köçkünlərlə birgə mənzillə təmin olunurlar.



Qəbul zamanı məşğulluq məsələləri ilə əlaqədar müraciət edən bir sıra şəxslərin özlərinin, yaxud ailə üzvlərinin münasib işlə təmin olunması məsələləri yerindəcə həll olunub və onlara boş (vakant) iş yerlərinə göndərişlər verilib. 





Teqlər:
Bu xəbər cəmi 1335 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR