Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Bakıda kirayə qiymətləri ucuzlaşıb

Bakıda kirayə qiymətləri ucuzlaşıb
Bu günlərdə “MBA Group” konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimov Bakıda kirayə və obyektlərin icarə qiymətlərinin ucuzlaşdığını söyləyib. “Qafqazinfo” “Zaman Azərbaycan”-a istinadən xəbər verir ki, onun sözlərinə görə, kirayələrdə qiymətlər 4,7 faiz, kommersiya obyektlərinin icarəsində isə 4 faiz enib. Mövzunu araşdırmaq qərarına gəldik. Bakının Nizami rayonu ərazisində maklerlik edən Vaqif Hüseynov son vaxtlar kirayə evlərə tələbatın azaldığını söylədi. Onun sözlərinə görə, passivliyin səbəbi dəqiq məlum deyil: “Dolların devalvasiyasından sonra bəzi şirkətlərin işində axsamalar oldu, bəziləri işçilərini ixtisar etdilər. Yəqin ki, işini itirənlər arasında rayonlardan Bakıya gəlib işləyənlər də var. Amma bu, kütləvi olmadı, kirayə bazarına təsir edəcəyinə inanmıram”. “Ev verən var, kirayə istəyən yoxdur” Hazırda Bakıda ofis və mənzillərin kirayəsi ilə məşğul olan Şamo Mikayılov da kirayə mənzillərə tələbatın azaldığını söyləyir. Onun sözlərinə görə, əvvəllər Bakının mikrorayonlarında kirayə mənzillərə tələbat çox yüksək imiş: “Hətta elə vaxtlar olub ki, kirayə mənzil olmadığından müştərilərə “yox” cavabı verməli olmuşuq. Sifariş çox, bazarda kirayə mənzil az olduğundan müştərilərin adını siyahıya yazıb, əlaqə nömrələrini götürüb, sonradan zəng vurub əlaqə saxlayırdıq. Amma indi vəziyyət tam tərsinə dəyişib. Ev verən var, kirayə istəyən yoxdur”. Yeni tikililərdə mənzillərin kirayə qiyməti... Ş. Mikayılovun dediyinə görə, müştəri az olduğundan qiymətlərdə də müəyyən qədər ucuzlaşma müşahidə olunur: “Tələbat olmayan yerdə mənzil sahibləri də çalışırlar ki, qiymətləri endirsinlər”. Həmsöhbətimiz kirayə bazarında durğunluğun nə vaxtadək davam edəcəyini təxmin etməyin çətin olduğunu söylədi. Müsahibimiz mikrorayonlarda kirayə mənzillərin qiymətini də açıqladı. Onun sözlərinə görə, köhnə binalarda 1 otaqlı mənzillərin kirayə qiyməti 250-300 manat arasında dəyişir. Həmin binalarda 2 otaqlı mənzillərin kirayə qiyməti 300-400 manat, 3 otaqlı mənzillərin isə qiyməti 300-500 manat arasında dəyişir. Yeni tikililərdə isə 1 otaqlı mənzillərin kirayə qiyməti 300-400 manat, 2 otaqlı mənzillərin kirayə qiyməti 400-500 manat, 3, 4, 5 otaqlı mənzilləri kirayə qiyməti isə 450-1000 manat arasında dəyişir...

Teqlər:
Bu xəbər cəmi 1225 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR