“Tolerantlıq” Sosial Araşdırmalar İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Sosial şəbəkələrdə və onlayn mediada dövlət sirri təşkil edən məlumatların qorunması sahəsində maarifləndirmə, məlumatlandırma kampaniyasının aparılması” layihəsini həyata keçirir.
Layihənin məqsədi maarifləndirmə və məlumatlandırma tədbirləri ilə sosial şəbəkələrdə, onlayn mediada milli təhlükəsizliyə xələl gətirən informasiyaların yayılmasının qarşısının alınması və dövlət sirri təşkil edən hərbi məlumatların qorunması istiqamətində həyata keçirilən tədbirlərə yardım göstərilməsidir.
Layihə fəaliyyətləri kimi Facebook sosial şəbəkəsində sayı üzvlərinin sayı 10000 dən çox olan, populyar qrupların adminləri və fəal istifadəçilərinin iştirakı ilə seminarlar keçirilməsi, KİV-də maarifləndirici materialların dərc edilməsi, sosial şəbəkələrdə maarifləndirmə işinin təşkili nəzərdə tutulub. Bu materiallar milli təhlükəsizliyə xələl gətirən informasiyaların yayılmasının qarşısının alınması və dövlət sirri təşkil edən hərbi məlumatların qorunması tənzimləyən qanunvericilik, başaqa ölkələrin bu sahədə təcrübəsindən bəhs edəcək.
Layihənin icrası nəticəsində sosial şəbəkələrdə milli təhlükəsizliyə xələl gətirən informasiyaların yayılmasının qarşısının alınması və dövlət sirri təşkil edən hərbi məlumatların qorunması məsələlərinə ictimai diqqət artacaq.
Sosial şəbəkə istifadəçiləri milli təhlükəsizliyə xələl gətirən informasiyaların yayılmasının qarşısının alınması və dövlət sirri təşkil edən hərbi məlumatların qorunması bağlı qanunvericililiyin tələbləri barədə ətraflı məlumat əldə edəcəklər.
Sosial şəbəkələrdə milli təhlükəsizliyə xələl gətirən informasiyaların yayılmasının qarşısının alınması və dövlət sirri təşkil edən hərbi məlumatların qorunması ilə bağlı sosial şəbəkə istifadəçilərinin mövqeyi, təklifləri ictimailəşəcək.