Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Yeni Suraxanı bələdiyyəsi yerləşdiyi binadan niyə çıxarılır?

Yeni Suraxanı bələdiyyəsi yerləşdiyi binadan niyə çıxarılır?


Bələdiyyələrin normal şəkildə fəaliyyət göstərməsi üçün ən azından onların mənzil qərargahları olmalıdır. Azərbaycanda olan bələdiyyələrin bir çoxunun özünəməxsus binaları var. Amma elə bələdiyyələr də var ki, onlar dövlətin balansında olan binalarda yerləşir və bir çox hallarda bu problemlə müşaiyət olunur. Belediyye.info saytının bu günlərdə əldə etdiyi məlumata görə, Yeni Suraxanı bələdiyyəsi yerləşdiyi binadan çıxarılır. Bunun hansı şəraitdə baş verməsi maraq kəsb edir.



Məsələ ilə bağlı belediyye.info saytına açıqlama verən Yeni Suraxanı bələdiyyəsinin sədri Rəşad Mirzəyev bildirib ki, bələdiyyənin yerləşdiyi bina İlham Məmmədov adlı şəxs tərəfindən özəlləşdirilib. Onun sözlərinə görə bundan sonra həmin şəxs bizim binadan çıxmağımız üçün məhkəməyə müraciət edib: “Bina özəlləşdirilməzdən əvvəl Əmlak Məsələləri üzrə Dövlət Komitəsindən bizə bildiriş verilib. Bir məqamı qeyd edim ki, bu məsələ mən bələdiyyəyə seçilmədən öncə olub. Yəni, dekabrda keçirilən bələdiyyə seçkilərinə qədər bu məsələlər ortaya çıxıb. İndi bələdiyyənin yerləşməsi üçün yer axtarırıq, əgər alınmasa, palatka quracağıq”.



R.Mirzəyev məsələ ilə bağlı Əmlak Məsələləri üzrə Dövlət Komitəsinə məktubla müraciət etdiklərini diqqətə çatdırıb: “Yaranmış problemlə əlaqədar olaraq, məhkəmədə hazırlıq iclası keçirilib. İyunun 8-də ilk olaraq məsələyə məhkəmə tərəfindən baxılacaq”.



Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Tahir Rzayev bildirib ki, Yeni Suraxanı bələdiyyəsi ilə bağlı məsələ ancaq hüquqi qaydada həll edilməlidir. Onun sözlərinə görə, belə mübahisəli məsələlər məhkəmənin predmeti hesab olunur: “Bələdiyyə yerliözünüidarəetmə qurumudur və digər dövlət qurumu olan Əmlak Məsələləri üzrə Dövlət Komitəsinə müraciət edərsə, onların bina məsələsi müsbət şəkildə oluna bilər. Yəni, ən azından onların yerləşməsi üçün yeni binada yerləşdirilməsi mümkündür”.



Millət vəkili Azər Badamov qeyd edib ki, bələdiyyələr Azərbaycanda uzun müddətdir formalaşıb. Onun fikrincə, 1999-cu ildən bu özünüidarəetmə orqanı fəaliyyət göstərir: “Hər bir bələdiyyə imkanları daxilində özləri üçün bir mənzil qərargah düzəltməli idi. Əgər hardasa bir binada məskunlaşmışdısa və həmin binada kiminsə özəl mülküdürsə, ya icarə haqqı verilməlidir, ya da ki, həmin mülkün sahibinin istəyi ilə hərəkət etməlidir. Bələdiyyə yerləşdiyi binadan çıxarılırsa, özünün yeri yoxdursa, başqa bir yerdən bina icarəyə götürməlidir”.



A.Badamov Yeni Suraxanı bələdiyyəsinin üzləşdiyi problemlə bağlı bildirib ki, onların yerləşdiyi bina özlərinin olsaydı, indi problem yaşanmazdı: “Bu bina ayrı bir mülkiyyət olub və bu yeri bələdiyyə də özəlləşdirə bilərdi. Amma təəssüflər olsun ki, binanı bələdiyyə vaxtında özəlləşdirməyibdir, başqa bir sahibkar bu addımı atıb”.



Millət vəkili indiki məqamda Əmlak Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən Yeni Suraxanı bələdiyyəsinə başqa bir binanın verilib-verilməməsi ilə bağlı sualı cavabladırarkən deyib ki, bələdiyyələr özünüidarəetmə orqanıdır və dövlət tərəfindən onlara bina verilməsi qanunauyğun deyil: “Bələdiyyə öz gəlirləri hesabına bina tikməlidir. Çünki bələdiyyələr üçün qanunvericilikdə gəlir əldə etmək üçün yollar göstərilibdir. Ancaq bələdiyyələr bu imkanlardan lazımınca istifadə etmir və ona görə də maliyyə sıxıntıları keçirirlər”.


Teqlər:
Bu xəbər cəmi 1740 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR