Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Londonda Azərbaycanın gənc rəssamlarının əsərlərindən ibarət sərgi açılıb

Londonda Azərbaycanın gənc rəssamlarının əsərlərindən ibarət sərgi açılıb
London şəhərinin Kensington və Çelsi meriyasının binasında Azərbaycanın gənc rəssamlarının sərgisi açılıb.


Belə ki, sərgi Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyinin, Avropa Azərbaycan Cəmiyyətinin (AAC) və London şəhərindəki “Azərbaycan Evi” Mədəniyyət və Dostluq Mərkəzinin birgə dəstəyi, “Dirçəliş” Gənclərin Sosial-Psixoloji Reabilitasiya Mərkəzinin təşkilatçılığı ilə baş tutub.



Kensington və Çelsi meriyasının “Quam Bonum in Unum Habitare” - “Biz birlikdə xoşbəxtik” devizi altında baş tutan tədbirdə Azərbaycandan gələn nümayəndə heyəti ilə yanaşı, səfirliyin əməkdaşları, İngiltərə-Azərbaycan Cəmiyyətinin sədri Lord Freyzer də daxil olmaqla, Britaniya rəsmiləri və ictimaiyyət nümayəndələri, bu ölkədəki yerli təşkilatların nümayəndələri, Londonda fəaliyyət göstərən diplomatik korpusun təmsilçiləri, Birləşmiş Krallıqda yaşayan azərbaycanlılar və tələbələr iştirak ediblər.



AAC-nin mədəniyyət məsələləri üzrə məsləhətçisi Sabina Rakçayeva sərginin açılışındakı çıxışında tədbirin məqsədini bəyan edərək, Novruz bayramı haqqında iştirakçıları məlumatlandırıb.



Azərbaycanın Böyük Britaniyadakı səfiri Fəxrəddin Qurbanov Novruz bayramı ərəfəsində təşkil olunan sərgini yüksək qiymətləndirib. Xalqımızın milli bayramı olan Novruz haqqında söhbət açan səfir, Azərbaycan xalqını bayram münasibətilə təbrik edib. London şəhərinin Kensington və Çelsi meriyasının başçısının müavini Viktoriya Boriik ölkəmizin gənc rəssamlarının əsərlərinin Londonda nümayişindən dolayı duyduğu məmnunluğu dilə gətirib.



Sərgidə iştirak etmək üçün Azərbaycandan 41 nəfərdən ibarət nümayəndə heyəti Böyük Britaniya Krallığında səfərdə olub. Sərgidə nümayiş etdirilmək üçün 20 rəssamın 110 əsəri seçilib.



Rəngkarlıq və qrafikanın müxtəlif istiqamətlərini əhatə edən əsərlər novatorluq, vətənə sevgi, həyata yeni baxış kimi cəhətləri əks etdirib. Səfər müddətində Azərbaycanın gənc rəssamları Böyük Britaniyanın görməli və maraqlı məkanlarının eskiz və fotolarını çəkiblər.



Qeyd edək ki, Bakıda həmin eskizlər üzərində aparılan iş prosesindən sonra “Böyük Britaniya Azərbaycanın gənc rəssamlarının gözü ilə” mövzusunda sərgi təşkil ediləcəyi gözlənilir.

 


Teqlər:
Bu xəbər cəmi 1420 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR