Bu gün mayın 22-si ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının manata nisbətdə rəsmi məzənnəsi bahalaşıb.
"AzVision.az"ın məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) mayın 25-nə olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi 0,0008 manat və ya 0,08% bahalaşaraq 1,0493 manat olub.
Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, manata nəzərən Avrozonanın vahid valyutası 0,0159 manat və ya 1,36% ucuzlaşaraq 1,1529 manat olub.