Suriyanın Hələb şəhəri ətrafında yerləşən Kvers aerodromunda uçuş zamanı orduya məxsus vertolyot qəzaya uğrayıb. Heyət üzvləri arasında sağ qalan olmayıb.
Bizimyol.info "report"a istinadən xəbər verir ki, bu barədə Suriyanın SANA dövlət agentliyinə istinadən TASS məlumat yayıb.
Məlumata görə, qəza vertolyotda yaranan texniki nasazlıq nəticəsində baş verib.
Qeyd edək ki, Hələb şəhərində müntəzəm olaraq ordu ilə Bəşər Əsəd hakimiyyətini tanımayan yaraqlılar arasında döyüşlər davam edir.