Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Türkiyə Litva parlamentində Qarabağdakı separatçı rejimlə dostluq qrupunun yaradılmasından narahat olub

Türkiyə Litva parlamentində Qarabağdakı separatçı rejimlə dostluq qrupunun yaradılmasından narahat olub
Türkiyə prezidenti Abdulla Gülün aprelin 3-də Litvaya nəzərdə tutulan rəsmi səfəri ərəfəsində bu ölkə parlamentində Dağlıq Qarabağdakı separatçı qurumla dostluq qrupunun yaradılması Ankaranın narahatlığına səbəb olub.


Ankaranın bu narahatlığı diplomatik vasitələrlə qarşı tərəfə çatdırılıb.



Bununla bağlı Litva XİN-dən daxil olan cavabda deyilir: “Litva parlamentinin Xarici Əlaqələr Komissiyası bildirib ki, Litva dövləti Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımadığı üçün komissiya “Dağlıq Qarabağla dostluq qrupu” adı ilə yaradılmış qrupu tanımır və ölkənin rəsmi siyasəti də buna istiqamətlənib”.



O da bildirilib ki, Azərbaycan tərəfi A.Güldən Litva parlamentini ziyarət etməməsini və millət vəkilləri ilə görüşməməsini istəyib.   



Qeyd edək ki, A.Gül aprelin 1-4-də Baltik ölkələrinə səfər edəcək.


Teqlər:
Bu xəbər cəmi 2720 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR