Kişilər bəyi elə magistralın ortasında təbrik etməyə başlayıblar.
Şənbə günü Rusiyanın paytaxtı Moskvada Azərbaycandan gələn qonaqlar Varşava şossesini bağlayaraq, magistralda tıxaca səbəb olublar.
Oxu.Az Rusiya mətbuatına istinadən xəbər veri rki, videoregistratora düşmüş kadrlardan bəzilərinin üstü Azərbaycan bayraqları ilə örtülmüş ən azı beş maşın bilərəkdən körpüyə çıxan hissədə yolu bağlayıblar. Avtomobillərdən düşən kişilər bəyi yolun ortasında təbrik etməyə başlayıblar və bütün prosesə də lentə alınıb.
Lakin bununla belə, “toy karvanının” iştirakçıları yolu tez də açıblar – bəyin təbrik olunması mərasimi 30 saniyədən çox davam etməyib. Lakin bu qısa vaxt ərzində də yolda tıxac yaranıb.
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək.
Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib.
Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək.
O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
Ölkəmizdə insanların sağlamlığına verilən önəm, bu sahəyə dövlətin və şəxsən ölkə başçısının diqqət və qayğısı səhiyyəmizin bugünkü yüksək inkişafında bir güzgü kimi əks olunur.