“Mənim ölkədən qaçmağım haqda KİV-lərdə yayılan informasiyalar tamamilə yalandır. Hazırda Londondayam, müalicə alıram. Ayağımda problemlər var. Yaxın günlərdə Bakıya dönəcəyəm”“Yenimeydan.info” xəbər verir ki, bu sözləri virtualaz.org-a açıqlamasında məşhur oliqarx Hafiz Məmmədov (“Hafka”) deyib.
Hafiz Məmmədov onun cinayət məsuliyyətinə cəlb olunacağı haqda KİV-lərdə yer alan iddiaları da rədd edib.
“Qayıdandan dərhal sonra sizinlə görüşməyə və bütün suallarınıza cavab verməyə hazıram”- deyə oliqarx bildirib.
Xatırladaq ki, bu gün bəzi KİV-lər “Hafka”nın adının da “oliqarxların işi”ndə keçdiyini, onun iri məbləğdə kredit dələduzluğu ittihamı ilə keçirilən istintaq tədbirlərindən yayınmaq üçün ölkədən qaçdığını yazıblar.