Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

“Bütün obyektlərə ciddi nəzarət edilir” - Heydərov

“Bütün obyektlərə ciddi nəzarət edilir” - Heydərov
“Mən əminəm ki, Birinci Avropa Oyunları zamanı insanların təhlükəsizliyi ən yüksək səviyyədə təmin ediləcək”. “Qafqazinfo” Trend-ə istinadən xəbər verir ki, bu barədə fövqəladə hallar naziri Kəmaləddin Heydərov Böyük Britaniyanın “The Business Year” jurnalına müsahibəsində Birinci Avropa Oyunlarına hazırlıq mərhələsində Nazirliyin rolundan danışarkən deyib. K.Heydərov qeyd edib ki, Fövqəladə Hallar Nazirliyinin ən mühüm vəzifəsi Oyunlar zamanı bütün idmançıların və qonaqların təhlükəsizliyinin təmin etməsidir və bu istiqamətdə ciddi tədbirlər görülür. Nazirin sözlərinə görə, bütün obyektlərin tikintisi zamanı yanğın və tikinti təhlükəsizliyinə ciddi diqqət yetirilir, bütün obyektlərə ciddi nəzarət edilir, onlar sınaqdan keçirilir və hər hansı nöqsanlar olduğu halda aradan qaldırılması üçün təcili tədbirlər görülür. K.Heydərov əlavə edib ki, Nazirliyin müvafiq departamentləri fövqəladə hallarda evakuasiya planları hazırlayır və bu planların tətbiqi ilə bağlı müxtəlif təlimlər keçirir. Nazir əlavə edib ki, fövqəladə vəziyyətə dərhal reaksiya vermək məqsədilə fövqəladə xilasetmə resurslarının planlaşdırılmasına xüsusi diqqət yetirilir: “Həmçinin biz Nazirliyin bütün resurslarını və imkanlarını bir nöqtədən idarə etmək üçün komanda mərkəzi yaratmağı nəzərdə tuturuq. Eyni zamanda, Bakı 2015 Təşkilat Komitəsi ilə sıx əməkdaşlıq yaratmaq məqsədilə Nazirliyin müxtəlif departamentlərin nümayəndələrindən ibarət işçi qrupu yaradılıb və daimi əlaqələndirici təyin edilib”.

Teqlər:
Bu xəbər cəmi 1425 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR