Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Tələbələrin əmək yarmarkası keçirilib

Tələbələrin əmək yarmarkası keçirilib


Bu gün Heydər Əliyev Mərkəzində Təhsil Nazirliyi, Azərbaycanda Amerika Ticarət Palatası, “Britiş Amerikan Tobakko” şirkətinin birgə təşkilatçılığı və Heydər Əliyev Fondunun dəstəyi ilə tələbələrin əmək yarmarkası keçirilib. 



"Qafqazinfo"ya Təhsil Nazirliyindən daxil olan məlumata görə, sərgidə işəgötürənləri və III-IV kurs bakalavriat, eyni zamanda magistratura səviyyəsində təhsil alan tələbələri bir araya toplamaqla iş imkanlarını araşdırmağa əlverişli şərait yaradılıb.



Tədbirdə təhsil naziri Mikayıl Cabbarov, Azərbaycanda Amerika Ticarət Palatasının icraçı direktoru Nərgiz Nəsrullayeva, “Britiş Amerikan Tobakko” şirkətinin baş meneceri  Zviad Şvitaridze,  həmçinin 20-ə yaxın ali təhsil müəssisəsi rəhbərləri iştirak ediblər.



Sərginin açılış mərasimində çıxış edən təhsil naziri Mikayıl Cabbarov məzunların işədüzəlmə imkanlarının artmasında mütəmadi olaraq keçirilən əmək yarmarkalarının böyük rolu olduğunu vurğulayıb. Nazir bildirib ki, əmək yarmarkası Azərbaycanın müxtəlif universitetlərində təhsil alan tələbələrin beynəlxalq və yerli şirkətlərdə təcrübəyə cəlb edilməsinə, həmçinin onların işlə təmin olunma imkanlarının genişləndirilməsinə yönəlmiş tədbirlər çərçivəsində keçirilir.



Mikayıl Cabbarov bu əmək yarmarkasının əvvəlkilərdən fərqli qaydada təşkil olunduğunu qeyd edib. Belə ki, tədbirdən əvvəl işəgötürənlərlə tələbələr arasında əlaqə yaradılıb, şirkətlər namizədlər haqqında ətraflı məlumatlandırılıb və tədbir günü üçün müvafiq şirkət nümayəndələri ilə görüşlər təyin olunub. İlk dəfə yaradılan bu imkanlardan bəhrələnmək üçün ölkəmizin bütün bölgələrindən 2700-dən çox tələbə xüsusi proqram təminatı vasitəsilə şəxsi məlumatlarını daxil etməklə qeydiyyatdan keçiblər.



Tələbələrin əmək yarmarkasında  ölkəmizdə fəaliyyət göstərən 50-dən artıq beynəlxalq və yerli şirkət iştirak edib. Onlar yarmarkaya 300-dən çox vakansiya haqqında məlumatla qatılıblar.


Teqlər:
Bu xəbər cəmi 1215 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR