Mən işimin məsuliyyətini dərk edirəm. Deputatların mənim istefamla bağlı gözləntilərinə gəldikdə, onların açıqlamalarına hörmət edirəm. Hər bir adam öz fikrində azaddır. Mən onların fikirlərinə hörmət edərək cavab vermək istəmirəm”.
Bunu Modern.az-a açıqlamasında Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov deyib.
O, yanan binanın sakinləri ilə isti münasibətlərdə olduğunu vurğulayıb: “Mən hər gün yanan binanın sakinləri ilə görüşürəm.
Bu gün də 56 mənzilin sakini ilə Bakı Şəhər İcra Hakimiyyətində görüşmüşəm. Onlarla çox isti münasibətimiz yaranıb. Bir-birimizə inamımız var”.
Binəqədi rayonu, Azadlıq prospektində hündürmərtəbəli binada baş verən yanğından sonra deputat Zahid Oruc a.24.az-a açıqlamasında deyib: “Binəqədidə baş verən yanğında insan itkisi ı olduğu üçün bəzi məmurların, hökumət üzvlərinin, ən azı, mənəvi məsuliyyəti nəzərə alıb istefa ərizəsi yazmalarını gözləyirdim. O cümlədən, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun da istefasını gözləyirdim”.