Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Xilaskar polis: Allah heç kimə Bakı şəhərində qəhrəmanılığı göstərməsin

Xilaskar polis: Allah heç kimə Bakı şəhərində qəhrəmanılığı göstərməsin


May ayının 19-u Azadlıq prospektində yanan bina yeddidən yetmişə hər kəsi yandırdı.



 



Binanın yanması sözün əsl mənasında son illər Azərbaycanda yaşanmış ən böyük faciədir desək, səhv etmərik. Ancaq hər faciənin qurbanları olduğu kimi qəhrəmanları da olur. Bina yanan zaman işi olmasa da həyatını təhlükəyə ataraq binaya daxil olub, bir neçə nəfəri xilas edən kişilər olub. Bunlardan biri binada işləyən fəhlə və bir körpənin həyatını xilas edən polis əməkdaşıdır.



Son iki gün ərzində yanan binanın ətrafında şəkilləri sosial mediada yayılmış o polisi axtarırdıq. Necə deyərlər, “Dağ Məhəmmədə yaxın gəlmirsə, Məhəmməd dağa yaxın gələr”. Bu gün həmin qəhrəman polis özü bizi tapdı. Sən demə o da məni axtarırmış…



Daxili İşlər Nazirliyi İctimai Təhlükəsizlik Baş İdarəsinin karantin tədbirlərini təmin edən əlahiddə polis alayının əməkdaşı, 1984-cü il, yanvarın 18-də Biləsuvarda anadan olmuş Emin Abışov ölkə.az-a baş verənləri özü anlatdı.



Hadisənin isə mənim xatirimdə qalan hissəsi belədir:



“…polislərdən biri FHN-nin işçilərindən əleyhiqaz istəyir və ona “yoxdur” cavab verirlər. Bu zaman yanındakı polis yoldaşından dəsmal alır, yerlə axan suya dəsmalı salır, burnuna bağlayıb binaya qaçır…



Uşağı və həyat yoldaşını çıxarmağa gedən cavan kişi kor peşman geri qayıdır. Böyük ehtimalla alov və qara tüstü mənzilinə girməyə imkan verməyib. Zavallı dizlərini yerə qoyub ağlayır. Küləyin alovlandırdığı bina isə durmadan yanır. Yanğınsöndürən maşınların sayı durmadan artır. İki tərəfdən binaya su vurulur, ancaq yanğın söndürəndən vurulan su orta mərtəbələrdən yuxarı qalxmır. FHN-nin işçiləri hazırlıq görür ki, binaya daxil olsunlar. Elə bu zaman dəsmalını suya salıb, burnuna bağlayıb binaya daxil olan polis işçisi qucağında körpə uşaqla sürətlə yanan binadan çıxır. Bunu ətrafdan görənlər istər-istəməz alqışlayır, fit çalırlar. Bir an hər kəs binanın yanmasını unudub, xilas edilən körpəyə görə sevinməyə başlayır”.





“Heç kimə Bakıda qəhrəmanlıq arzulamıram, əsl qəhrəman olunacaq yer Qarabağdır!”



Həmin səhnəni xatirimdə necə qamışdısa elə də danışandan sonra, qəhrəman polislə yanan binanın yanında söhbətə başlayırıq:



- Necə oldu hadisə yerinə gəldiniz?



- Yeni komandirə postu göstərirdik. Elə bu zaman gördük ki, yanğın var. Əvvəl yanğının bu qədər böyük olduğunu başa düşmədik. Fikirləşdik ki, yəqin boş şeydir. Sonra bizə bildirdilər ki, 16 mərtəbəli bina yanır. Tez hadisə yerinə gəldik. Camaatın qışqırığı, analarımızın, bacılarımızın fəryadı adamı dəli edirdi. Bir an olsun fikirləşmədim orda ölərəm, qalaram, o zaman öz həyatım mənim üçün önəmsiz idi. Çox şükürlər olsun ki, o körpəni xilas edə bildik. FHN-nin işçiləri və bizim polis əməkdaşları qarşılıqlı əl-ələ verib insanların həyatın xilas etməyə çalışırdıq.



- Neçənci mərtəbəyə kimi qalxdınız?



- 7-8-ci mərtəbəyə qədər qalaxa bildim. Sonuncu mərtəbədə bir uşaq qalmışdı, onun valideyini ilə yuxarı qalxırdıq. Mən həyatda özümə onu bağışlaya bilmirəm ki, 16-cı mərtəbəyə qalxıb o uşağı ordan götürə bilmədim… Hadisə yerinə çatdım. FHN-nin işçilərindən əlyhiqaz istədim. Onlarda əlavə əleyhqaz olmadığını dedilər. Həmin an polis yoldaşımdan dəsmal aldım. Özünüzün də bildiyiniz kimi hər tərəf su idi, dəsmalı suya salıb burnuma bağlayıb yuxarı qalxdım…



- Uşağı haradan tapdınız?



- Dəqiq bilmədim neçənci mərtəbə idi. Yanımda FHN-nin işçiləri də var idi. Biz ora qəhrəmanlığa getməmişdik. Allah heç kimə Bakı şəhərində qəhrəmanılığı göstərməsin. Biz qəhrəmanlığımızı Azərbaycanın işğal olmuş torpaqlarında göstərməliyik. Orda qəhrəman olmalıyıq. İnanın ki, heç kimə belə qəhrəmançılıq arzulamıram. Kiminsə evi yana, insanlar ölə, bizim etdiyimiz də qəhrəmanlılq ola. Mən bunu qəbul etmirəm…



O uşağı pilləkən meydançasından götürdüm. Tez qaçdım aşağı. Təcili tibbi yardım maşınına çatanda gördüm uşaq özündən gedir. Uşağın burnu hislə dolmuşdu. İyrənmdən, çəkinmədən körpənin burnun ağzıma salıb sümürdüm və o nəfəs almağa başladı. Uşağın sağ qaldığına görə çox sevindim. Ancaq 16-cı mərtəbədəkii uşağı xilas edə bilmədiyimi özümə bağışlaya bilmirəm



- Uşağı axtardığınızı eşitdik…



- Bəli, o uşağı axtarıram. Tapacam o uşağı. O körpənin üzündə bir nur var idi. O körpə mənim övladım, mənim balamdır artıq. Ən azı həftədə bir dəfə o körpəyə baş çəkəcəm. O artıq mənim doğmamdır…



Körpəni xilas edən polisin mənə dediyi son sözünü isə xüsusilə vurğulamaq istəyirəm:



“Mən polisə qəbul olanda “POLİS ANDI” içmişəm. Əgər o körpəni xilas etməsəydim o and mənə qənim olardı!”


Teqlər:
Bu xəbər cəmi 1120 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR