Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Deputatdan qanunsuz biznesi olan məmurlarla bağlı ilginc təklif

Deputatdan qanunsuz biznesi olan məmurlarla bağlı ilginc təklif


Fazil Mustafa: “Məmurların sahibkarlıqla məşğul olmasına qoyulan yasaq götürülməlidir”



 



 


Ötən həftə Rusiya Dövlət Duması antikorrupsiya qanunvericiliyinə əlavələr edərək nazirlərə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq qadağasını aradan qaldırıb.


 


 Bununla da nazirlərə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq hüququ verilib.


 


Yeni qanun hökumət üzvlərinə biznes fəaliyyəti ilə şəxsən və ya qəyyum etdikləri şəxslər vasitəsi ilə məşğul olmağa, həmçinin, təşkilati-hüquqi formasından asılı olmayaraq, təsərrüfat subyektlərini idarəçiliyində iştiraka imkan verir.


 


Azərbaycanda da qanun nazirlərə və digər məmurlara sahibkarlıq fəaliyyəti ilə məşğul olmağı qadağan edir. Bəs, Milli Məclisin qanundakı bu qadağını ləğv edib məmurlara bizneslə məşğul olmaq hüququ verməsinə ehtiyac varmı? Azərbaycanda da Rusiyadakı kimi bu yasağın aradan qaldırılması gözləniləndirmi?


 


Deputat Fazil Mustafa “Yeni Müsavat”a açıqlamasında bildirib ki, Azərbaycanda da məmurların bizneslə məşğul olmasına qoyulan qanun yasağı aradan qaldırılmalıdır. Ona görə ki, faktiki olaraq Azərbaycanda bütün məmurlar sahibkarlıq fəaliyyəti ilə məşğuldur: “Çox az sayda orta səviyyədə məmurların buna imkanı yoxdur. İmkanı olan onun-bunun adı ilə onsuz da sahibkarlıq fəaliyyəti ilə məşğuldur. Qanundakı məlum qadağa faktiki olaraq işləmir, hüququn buna müdaxilə eləmək imkanı yoxdur. Faktiki real həyatda məmurlar bizneslə məşğuldurlar. Ona görə də, məncə, bunu hüquqa uyğunlaşdırmaq, leqallaşdırmaq daha düzgün olardı ki, hər kəsin nəyi var ortaya çıxsın, hər kəs real məşğul olduğu işlə məşğul olsun və başqasının adı ilə bunu etməyə də gərək qalmasın”.


 


Fazil Mustafa hesab edir ki, qanundakı məlum qadağa bizneslə məşğul olan məmurlara sərf etmir, onların ziyanınadır: “Onsuz da tutanda hamının nəyi var əlindən alırlar, onsuz da bilinir ki, kimin harda nəyi var. Çox az şeyi gizlətmək mümkün olur. Gizlədilənlər isə üzə çıxanda məmurun işi daha da ağırlaşır. Ona görə də qanundakı o qadağanı aradan qaldırıb məmurların sahibkarlıqla məşğul olmasını qanuniləşdirmək lazımdır. Qoy adamlar rahat biznesləri ilə məşğul olsunlar, nələrisə gizlətməsinlər. Onsuz da qanunda qadağanı saxlamaqla məmurların bizneslə məşğul olmasının qarşısı alınmır, əksinə, qanundan kənar fəaliyyət genişlənir. Qadağanı aradan qaldırmaqla yanaşı maliyyə amnistiyası da vermək lazımdır ki, çirkli pullar məsələsinə son qoyulsun, hər kəs sıfırdan başlasın. İndiki halda hər obyektin arxasında bir yüksək çinli məmur durmadan o obyektin işləməsi problemlidir. Bu baxımdan da məsələnin fundamental həlli lazımdır. Bu, ən optimal yoldur. Hər kəs özünə məxsus olan mülkiyyəti özü işlətsin, dövləti aldatmağa da ehtiyac qalmasın. Qanundakı qadağanı ləğv etməklə yanaşı, müəyyən müddəalar əlavə etmək olar ki, bu yasağın aradan qaldırılmasından məmurlar sui-istifadə edən addımlar atmasınlar. İndiki reallıqlar, hesab edirəm ki, bunları diktə edir…”.


 


Deputat hesab edir ki, Rusiya Dumasının atdığı addımın Azərbaycanda da təkrarlanması gözləniləndir: “…Çox güman ki, Rusiyada atılan sözügedən addımın küləyi əvvəl-axır bizə gələcək”.

Teqlər:
Bu xəbər cəmi 1270 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR