“Oliqarxlar bilmirdi ki, bir gün deyəcəklər, yediyini qaytar”- Mirşahin
Mirşahin Ağayev bu dəfə "Hesabat"da ötən həftənin ən qalmaqallı və səs-küylü hadisəsinə, "maliyyə xəyanəti" ilə bağlı həbs olunanlardan danışıb.
"Yenimeydan.info" həmin süjeti təqdim edir:Neftin qiymətinin aşağı düşməsi əslində pis haldır. Amma bu faktın yaxşı tərəfi də var. Məsələn, iqtisadiyyatında daha çox neftin qiymətinə bel bağlayan dövlətlər yeni vəziyyətdə başqa imkanlar axtarırlar. Son bir həftənin kredit gurultusunu da müəyyən mənada neftin ucuzlaşması ilə bağlayıram. Ona görə ki, dövlət yeni şəraitdə öz təsərrüfatına necə deyərlər yenidən baxır, görsün ki, harda nəyi var, öz içində təftiş aparır.Tutaq ki, ailədə iki işləyəndən biri gəlir gətirmir, ya da az gətirir. Bu zaman ailə üzvlərindən kimsə pulu gizlədərsə, bu ən azı sədaqətsizlikdir. Və bu gün ailə üzvlərindən bir neçəsinin dövlətə verməli olduğu məbləğ 1 milyard manata yaxındır. Borc qaytarılmalıdır, vəssəlam.Burda anlaşılmayan bir şey yoxdur. Anlaşılmayan bilirsiniz nədir… Cəmil Həsənlinin çıxışı! O qəflətən, kreditə görə saxlanılanların hüquqlarını qoruyacağını bəyan edib.Paho! Bəs axı professor hələ dünənədək talana son deyirdi! Dövlət də bu saat elə onun istədiyini edir axı. Dövlətdən külli miqdarda borc alıb qaytarmayanları tənbeh edir. Bu vaxt Cəmil Həsənli dövlətin yanında olmalı deyildi? Borclulara gəlincə isə məgər bilmirdilər ki, bir gün deyəcəklər yediyini qaytar və bu o qədər də xoşagələn prosedur olmayacaq!
Baş verənləri iş adamlarına təzyiq kimi yozmaq istəyən fürsətcillərə prezident əla cavab verdi:
“Azərbaycan dövləti özəl sektoru dəstəkləyir. Mən Azərbaycanın iş adamları ilə mütəmadi qaydada görüşlər keçirirəm, onlara öz siyasi dəstəyimi verirəm. İş adamlarından yeganə tələbim ondan ibarətdir ki, onlar öz işini qanun çərçivəsində təşkil etsinlər. Belə olan halda heç kimin problemi olmayacaq. Azərbaycanda hüquqi dövlət qurulur və bütün məsələlər öz həllini qanun çərçivəsində tapmalıdır”.
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək.
Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib.
Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək.
O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
Ölkəmizdə insanların sağlamlığına verilən önəm, bu sahəyə dövlətin və şəxsən ölkə başçısının diqqət və qayğısı səhiyyəmizin bugünkü yüksək inkişafında bir güzgü kimi əks olunur.