Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

“Konstitusiya Məhkəməsinin dollarla bağlı qərarı gözlənilən idi”- Ekspert

“Konstitusiya Məhkəməsinin dollarla bağlı qərarı gözlənilən idi”- Ekspert


“Konstitusiya Məhkəməsinin mövqeyini sadə dillə formulə etsək ABŞ dolları ilə kredit götürən hər bir şəxs kreditini dolların yeni məzənnəsi ilə ödəməlidir. Əslində Konstitusiya Məhkəməsinin bu qərarı qəbul etməsi gözlənilən idi və qərar müəyyən qədər əsaslandırılmışdır”. 



 



Qafqazinfo” xəbər verir ki, bu sözləri hüquqşünas-ekspert Sadiq Əfəndiyev Konstitusiya Məhkəməsi dollar kreditləri ilə bağlı qərarına münasibət bildirərkən qeyd edib.



Ekspert bildirir ki, bununla belə Konstitusiya Məhkəməsinin qərarını mükəmməl və tam hesab etmək də mümkün deyil. Əvvəla, Konstitusiya Məhkəməsi öz qərarında ilk növbədə ödəniş vasitəsinin hüquqi anlamına aydınlıq gətirməyə cəhd edərək belə bir qənaətə gəlmişdir ki, kredit və əmanət müqaviləsi üzrə verilmiş pul müqavilənin predmetini təşkil etməklə qaytarılmalı olan mülkiyyət kimi çıxış edir. Kredit müqaviləsində pul nə verildiyi, nə də qaytarıldığı zaman ödəniş vasitəsi funksiyasını yerinə yetirmir, mülkiyyət kimi verilir və mülkiyyət kimi geri qaytarılır.



Onun sözlərinə görə, məhkəmə bu qənaətini borc müqavilənin anlayışını təsbit edən Mülki Məcəllənin 739.1-ci maddəsinə istinad etməklə əsaslandırmışdır. Lakin məhkəmə nəzərə almamışdır ki, borc müqaviləsi haqqında müddəa kredit və əmanət haqqında müddəalara münasibətdə ümumi xarakterli müddəa olsa da, sonuncu hər iki müqavilə özünəməxsus hüquqi xüsusiyyətlərlə fərqlənir. 



Belə ki, əmanət və kredit müqaviləsinin sadə borc müqaviləsindən əsas fərqləndirici xüsusiyyətləri onların ödənilməli olan faizlərlə şərtləndirilməsidir. Deməli, heç də məhkəmənin qeyd etdiyi kimi, kredit və əmanət münasibətlərində pul təkcə qaytarılmalı mülkiyyət kimi deyil, həm də əsas borcdan əlavə olaraq müəyyən edilmiş faizlərin ödənilməsi vasitəsi kimi çıxış edir. Bununla da müəyyən faizlərlə şərtləşdirilmiş kredit və əmanət münasibətlərində pul həm mülkiyyət, həm də ödniş vasitəsi kimi ikili mahiyyət kəsb edir.



Sadiq Əfəndiyev qeyd edir ki, konstitusiya Məhkəməsinin qərarında digər bir natamamlıq Mülki Məcəllənin 439.1-ci maddəsinə verilən şərhlə bağlı olmuşdur.  Konstitusiya Məhkəməsi hesab etmişdir ki, Mülki Məcəllənin 439.1-ci maddəsinin “pul öhdəliyi manatla ifadə edilməlidir” müddəası əqdin predmetini pulun özü təşkil etdiyi hallara şamil olunur və bu maddə Konstitusiyanın 19-cu maddəsinin III hissəsində təsbit olunmuş Azərbaycan Respublikasının ərazisində ödəniş vasitəsi kimi yalnız manatın işlədilməsi müddəasını inkişaf etdirir. 



Bu baxımdan Mülki Məcəllənin 439.1-ci maddəsinin ikinci cümləsində “əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər” müddəası ölkə ərazisində ödəniş vasitəsi kimi xarici valyutanın istifadəsini deyil, tərəflərdən biri xarici xarici fiziki və ya hüquqi şəxs olduqda, müqavilənin qiymətini (dəyərini) xarici valyutada müəyyənləşdirmək hüququnu təsbit edir.



Hüquqşünas-ekspert sözlərinə əlavə edir ki, Mülki Məcəllənin qeyd olunan normasının Konstitusiyanın müddəalarına uyğunluğu baxımından verilən şərhi məqbul hesab etmək olar. Lakin həmin normada qaranlıq qalan digər məsələ pul öhdəliyini xarici valyutada müəyyən etmək hüququna malik olan xarici fiziki və ya hüquqi şəxslərin bu hüququnun normanın məzmununda qeyri-müəyyən formada yer almış  “əgər bu, qanunla qadağan edilməyibsə” ifadəsi ilə məhdudlaşdırılmasıdır. 



Lakin Konstitusiya Məhkəməsinin şərhində bu məhdudlaşdırmanın hazırda nə kimi hüquqi mexanizminin olub olmaması, hüquqi müəyyənlik tələblərinə cavab verib verməməsi və s. məsələlərə aydıqnlıq gətirilməmişdir. Mülki Məcəllənin 439.1-ci maddəsinin yalnız müəyyən kateqoriya şəxslərə pul öhdəliklərini xarici valyutada müəyyənləşdirmək hüququ verməsini və əks halda bu cür öhdəliklləri nəzərdə tutan müqavilənin etibarsılığı üçün hüquqi əsas rolunda çıxış etməsini nəzərə alsaq, bu halda maddənin dolğun və ətraflı şərhinin praktiki əhəmiyyətini inkar etmək mümkün deyildir.



Onun qeyd etdiyinə görə, bundan başqa qərarda diqqəti çəkən maraqlı məqam Konstitusiya Məhkəməsinin liberal mövqe nümayiş etdirərək xarici valyutada verilmiş kreditlər üzrə kredit müddətinin uzadılmasını, faiz dərəcələrinin aşağı salınmasını və digər güzəştli şərtlərin tətbiqi üzrə tədbirlərin bankların maliyyə imkanlarından asılı olaraq həyata keçirilməsini məqsədəmüvafiq hesab etməklə bir növ bank sektoruna öz tövsiyyəsini verməsidir.  Lakin banklara tövsiyyələr vermək yalnız mərkəzi icra hakimiyyəti orqanı hesab olunan Mərkəzi Bankın səlahiyyətləri daxilindədir və təbii ki, Konstitusiya Məhkəməsinin bu tövsiyyəsinin heç bir hüquqi əhəmiyyəti yoxdur.



Əlbəttə, etiraf etməliyik ki, milli valyutamızın məlum devalvasiyasından sonra dövlətin maliyyə sferasında, eləcə də bank sektorunda problemlər yaranmışdır və bu problemlərin fəsadları xarici valyuta ilə müəyyənləşdirilmiş kredit münasibətlərində daha çox əks-səda doğurmuşdur. Ancaq nəzərə almalıyıq ki, çoxsaylı kredit istehlakçılarının problemlərinə formal hüquqi yanaşma kömək edə bilmir və edə də bilməzdi. Çünki ümumi yanaşmaya görə qarşıya çıxmış problem hüquq pozuntusu ilə bağlı deyil, maliyyə riskləri ilə bağlı olmuşdur. Hüquq isə bəzi normalrında mülki dövriyyə iştirakçılarının risklərini xatırlatsa da, bu riskləri sığorta etmək və  mənfi nəticələrini arada qaldırmaq iqtidarında deyildir. Bu problemin aradan qaldırılması yaxud minimuma endirilməsi hüququn imkanları xaricindədir və bu yalnız dövlətin öz imklanları daxilində həyata keçirdiyi iqtisadi-sosial tədbirlər nəticəsində mümkündür.



Düzdür, bu günədək xarici valyuta ilə götürülmüş kreditlərin köhnə məzənnə ilə qaytarılmalı olmasını müxtəlif əsaslarla israr edənlər də var. Lakin hamı tərəfindən qəbul edilməli olan qanunun  bir üzü var və hesab edirəm ki, yalanşı pafoslarla çaşqınlıq yaradılmasına ehtiyac yoxdur.



Sadiq Əfəndiyev bildirir ki, bununla belə nəzərə alınması vacibdir ki, Konstitusiya Məhkəməsinin şərhini bağlanmış ayrı-ayrı kredit müqavilələrinə məcburi hüquqi qüvvə verilməsi kimi qiymətləndirmək olmaz. Başqa sözlə bu qərar ayrı-ayrı kredit münasibətlərində olan şəxslərin bağladıqları müqavilələri mübahisələndirmək imkanlarının məhdudlaşdırılması kimi başa düşülməməlidir. Onlar hər bir halda imzaladıqları kredit müqavilələrinin şərtlərini qanunvericiliyin imperativ normaları baxımından qiymətləndirə və əsaslar olduğu halda bağlanmış müqavilənin bütövlükdə və ya müəyyən şərtlərinin etibarsızlığı və s. barədə məhkəmələrdə iddia qaldıra bilərlər.


Teqlər:
Bu xəbər cəmi 995 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR