Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

“İstintaqa cəlb olunmamışam”

“İstintaqa cəlb olunmamışam”


“Nə “Sevil Massivi”, nə də son hadisələrə görə, mən istintaqa cəlb olunmamışam”. 



Bu barədə APA-ya “AAAF İnşaat” MMC-nin təsisçisi Tofiq Heydərov hüquq-mühafizə orqanları tərəfindən saxlanılması ilə bağlı mətbuatda yayılan xəbərlərə münasibət bildirərkən deyib.



“Ötən il də buna oxşar xəbərlər yayılmışdı. O zaman mətbuat yazırdı ki, Tofiq Heydərov “Sevil Massivi”ndə baş verən hadisələrə görə araşdırmalar başlanılıb və “AAAF İnşaat”ın rəhbəri həbs olunub. Mən qəti şəkildə deyirəm ki, nə bu, nə də ki, “Sevil Massivi” hadisələrinə görə, istintaqa cəlb olunmamışam və bizi narahat edən olmayıb”, - deyə T. Heydərov qeyd edib.



O, bildirib ki, “AAAF İnşaat” 4 ilə yaxın müddət ərzində “Azərbaycan Beynəlxalq Bankı” ilə sıx əməkdaşlıq edir: “Təbii ki, biz müxtəlif banklardan, o cümlədən “Azərbaycan Beynəlxalq Bankı”ndan alınan kreditlər hesabına layihələrimizi davam etdiririk. Beynəlxalq Bankdan aldığımız kreditlərin ödənişində heç bir problem yoxdur. Bir faktı da nəzərinizə çatdırım ki, biz kreditləri qrafiki qabaqalayaraq, 2016-ci ilədək vaxtından əvvəl ödəmişik. Çünki, satışlarımız normal gedir və belə olan halda, çalışırıq ki, kreditləri vaxtından əvvəl ödəyək. Bankdan götürdüyümüz kreditlər təyinatı üzrə xərclənib. KİV-lərdə yayılan xəbərlər həm biz, həm bizim müştərilərimizə qarşı yönələn təxribatdır. “Sevil Massivi” hadisələrindən sonra biz xeyli sayda müştəri itirdik. Bu gün də həmin qüvvələr aktivləşib”.



T. Heydərov Beynəlxalq Bankıın İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyevlə şərikli biznesi olması ilə bağlı yazılanlara da münasibət bildirib: ““Bəzi KİV-lər bizi, az qala, bütün məmurlarla şərik etdi. Bəzi mətbu orqanların adətidir ki, kimsə işdən çıxarılan kimi, onu ləkələməyə başlayırlar. Sizə səmimi deyirəm ki, indiyədək bir dəfə də olsun Cahangir Hacıyev ilə üz-üzə gəlməmişəm, şəxsi tanışlığım da yoxdur. Necə ortaq ola bilərik ki, bu insanla bircə dəfə də üz-üzə gəlməmişəm?”





İş adamı əlavə edib ki, onun və “AAAF İnşaat” haqqında qərəzli və həqiqəti əks etdirməyən xəbərləri yazan KİV-lərə qarşı hüquq müstəvisində mübarizə aparacaq: “Əvvəllər buna fikir vermirdik. Lakin son zamanlar bu cür xəbərlərin yayılması həm mənim nüfüzuma xələl gətirir, həm şirkətimizin böyük itkilərlə üzləşməsinə səbəb olur. Onu da qeyd edim ki, hazırda biz haqqımızda həqiqəti əks etdirməyən xəbərləri yayan saytları məhkəməyə vermişik və bundan sonra da bu səpkidə xəbərləri yayanlara qarşı analoji addımlar atacağıq.” 


Teqlər:
Bu xəbər cəmi 760 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR