Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru, hazırda Fransada mühacirətdə olan Elşad Abdullayev yaydığı son videoların (sabiq rektorun sözlərinə görə, bu çəkilişlər 2007-ci ilin yazında aparılıb) stenoqramını və oradakı söhbətlər barədə qeydlərini “Azadlıq”a yollayıb.
MTN əməkdaşları Ilqar Abbasov və Fikrət Abbasovla Elşad Abdullayevin söhbətini əks etdirən həmin videolardan ikisinin stenoqramını “Azadlıq” oxuculara təqdim etmişdi. Lakin üçüncü - Elşad Abdullayevlə milli təhlükəsizlik naziri Eldar Mahmudovun “qara işlərini” görən şəxs kimi təqdim edilən Sahibin söhbətini əks etdirən videonun keyfiyyəti aşağı olduğu üçün stenoqram hazırlamaq mümkün olmamışdı. Lakin görünür, Elşad Abdullayev söhbətdə iştirak etdiyi üçün və videonun orijinalı onda olduğu üçün Sahiblə danışığının da stenoqramını hazırlamaqda çətinlik çəkməyib. Elşad Abdullayev Sahiblə bağlı başqa bir videonun da stenoqramını yollayıb ki, sabiq rektorun “4-cü video” adlandırdığı həmin çəkiliş yayımlanmayıb. Bu videoda Natiq adlı adam da söhbətdə iştirak edir. Elşad Abdullayev qeyd edir ki, həmin şəxs Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşıdır. Elşad Abdullayev tərəfindən hazırlanan hər iki stenoqram maraqlı olduğu üçün təqdim edirik:
Güclü qüvvələrin əli ilə Mətanət Mahiri ələ verib
Sahib: Elşad müəllim, ağzınızı möhkəm tutun, ağzınızdan artıq söz çıxmasın, yoxsa hamınızın başına sıxarlar.
Elşad: Sahib müəllim, bizim ağzımız möhkəmdir.
Sahib: Elşad müəllim, Mahir tapılıb, sağdır, öz səhvi ucbatından zibilə düşüb. Dostu Sənan “baqaja” qoyub, Mətanət oğurladıb. Mahir sağdır, qapalı şəraitdə saxlanılır, plov yeyir. Mahirin evi ilə bir qadın danışacaq, sonra da Mahir danışacaq. Axır ki, Mahir öz səsi ilə evinə daxil olacaq. Güman ki, qadınla şəxsi-qərəzliyi var. Güclü qüvvələrin əli ilə Mətanət (müğənni Mətanət Isgəndərli nəzərdə tutulur) Mahiri ələ verib.
Elşad: Sahib, biz heç bir şey bilmək istəmirik, məni başqa məsələ maraqlandırmır, bizi yalnız Mahir maraqlandırır, gələcəkdə söz verirəm, heç bir məsələ bizi maraqlandırmayacaq. Bizə Mahirin işarətini verin, videosunu verin.
Sahib: Elşad müəllim, Mahir sağdır, yanında qadın var, videosunu verərik.
Elşad: Biz onların (Arzu Kazımov, Zahid Dünyamalıyev) qarşısında şərt qoymuşuq.
Sahib: Elşad müəllim, narahat olma. Mahir sağ-salamatdır.
Elşad: Şamil (Mahir Abdullayevin qayınatası) müəllimin vəziyyəti ağırdır, bu hadisədən ağır xəstəlik keçirib, Mahiri tez buraxın gəlsin.
Sahib: Elşad müəllim, qardaşıq, mən sizin yanınıza dost kimi gəlirəm, xəyanət olsa, başına bir güllə çaxaram. Kim sizə nə deyirsə yalandır. Oğrularda hər şey düz olur, hamısı bir yerdə bir adamdır. Qardaş evinə zəng edəcək, elə sizinlə danışacaq. Şahin çox təhlükəli adamdır, bunların özünün müxtəlif dövlət orqanlarında 10 nəfər adamı var, amma, hamısı bir adamdır, yüksək vəzifələrdə. Sözünə düz olmayan adama yubka geydirirlər.
Elşad: Sahib, bizə söz vermisiniz köməklik etməyə, biz qardaşıq.
Sahib: Elşad müəllim, Şahin bilsə burada kənar adam var, heç vaxt sizinlə görüşə gəlməz.
Elşad: Qardaş, biz sizi bir həftə, 10 gündü gözləyirik.
Sahib: Qardaş, Şahin çox bacarıqlı adamdır, Mahirin bütün işlərini bilir, xəyanət olmamalıdır.
Elşad Abdullayev generalın qardaşı oğlunun azad edilməsinə yardım edib
Elşad: Bizə Mahir lazımdır, heç bir şey lazım deyil, nə “banditizm”, nə bilim başqa şey, pulumuzu verib Mahiri alacayıq, bizə artıq şey lazım deyil. Şahin və Natiq qalsınlar Mahirin yerinə orada, girov qalsınlar, Mahiri mənə təhvil verən kimi pulu da verək sənə, başqa söhbət lazım deyil, yaxud pulu kimə deyirsən ona verək. Bir az problemi tez qurtarmaq lazımdır. Yaxud, Natiqlə böyük qardaşım gedib girov qalsın, Mahiri qaytaran kimi həmən “dokumentləri” (pulu) verək sənə. Mahirin ailəsi əziyyət çəkir, getsin balalarının üstünə. Sahib müəllim, DIN-in müavini Əsgərdən(Əsgər Ələkbərov nəzərdə tutulur) böyük adam deyilik ki, məlumdur ki, bu işlər şikayətlə keçmir, Əsgərin qardaşı oğlu, polis mayorunu oğurlamışdılar, mən də pul yığılanda 2 min dollar köməklik etdim, qapı-qapı yığıb pul verdilər. Bir az Mahir geciksə Şamil kişi öləcək, ölüm-itim olmasın. Sahib müəllim, ən sadə yolu Natiq və böyük qardaşım gedib Mahirin yerində girov otursun, Mahir də gəlib çıxıb getsin ailəsinin üstünə. Yaxud da Mahiri saxlayanlar bizə iki telefon vesinlər, o, telefonlaradan biri olsun Mahirin əlində, biri də bizim əlimizdə, danışdıqdan sonra telefonu həmin bizdən götürsünlər.
Sahib: Elşad müəllim, onların “qlavarı” novxanılı “Qoç Hikmətdir”, Ramil Usubovun qudasıdır.
Elşad: Qardaş, gəl işləri sadələşdirək “vorzakon” Şahin necə adadmdır, düz adadmdır?
Sahib: Şahin düz adadmdır, bizim adamdır.
Elşad: Qardaş bizə heç nə lazım deyil, bizə yalnız qardaşım Mahir lazımdır.
Sahib: Biz nə qədər danışsaq da, iş gedib çıxır düyünə, Mahiri qadın tutdurub, hələ Mahirə yemək də göndərir, utanmır.
Elşad: Sahib müəllim, bizi çox aldadıblar, ay kişi. Banda Mahirin çox saylı yerlərini təklif edib. Qazaxstan, Ukrayna, Zaqatala, Balakən və s. Bu dəqiqə desələr ki, Mahir “karidorda”dır inamaram. Gözümlə görməsəm inanmaram. Artıq heç kimə inanmıram. Ən sadə yolu bir nəfər yaxın adam gedib otursun orada girov, biz də bu tərəfdə Mahiri qəbul edən kimi həmin pulumuzu ödəyək. Mən özüm də, böyük qardaşım da gedib dayanmağa hazırıq.
Sahib: Bu dəqiqə 52 nəfər varlı adam girovluqdadır, oğurlanıblar.
Elşad: Sahib, 7 qardaş hamımız gedib dayanırıq girov, bu söhbəti bitirək.
Sahib: Mahiri evdə saxlayırlar, yanında da qadın oturur, nəzarəti də bu qadın edir, bu qadın yaxşı adam deyil, pozğun çətin adadmdır, qız Mahiri tapşırıqla verib ələ.
Elşad: Sahib, telefon, qadın bizə problem yaradacaq, biri gedib girov qalsın, gələn kimi də pullarını verək.
Sahib: Sabah da görüşəcəyik, Şahin deyir ki. Mənim sözüm var, ölsəm də bu işi həll edəcəm, amma, məni birdən aldatsalar, onları məhv edəcəm...
Bunlar adam deyil canavardırlar
Elşad Abdullayevin göndərdiyi başqa bir stenoqram Sahiblə bağlı növbəti videodakı söhbəti əks etdirir. Lakin bu üçün deyək ki, bu video yayımlanmayıb.
Sahib: Elşad müəllim, Mahir sizinlə telefonla danışmaq istəmir. Mahir telefonu götürür əlinə, susur danışmaq istəmir, Sizin səsinizə qulaq asır, amma, danışmaq istəmir, tipin biridir.
Natiq: Elşad müəllim, mən prinsipial adamam, necə olur-olsun Mahiri telefonda sizinlə danışdıracağam.
Elşad: Eybi yoxdur, danışmırsa da, gətirin təhvil verin, canı sağ olsun.
Sahib: Hazırda “vorzakon” Şahin Mahirə görə Piterə gedir.
Elşad: Sən gəldin, dedin biz işi qurtarmışıq, söhbəti qurtarın, Mahir gətirin verin, əsas iş budur, “çevir tatı, vur tatı”, bizə “işverənlik” lazım deyil, biz Mahiri istəyirik.
Sahib: 7 aydır bu mafiya Mahirin işini görüb, “işverənliyi”ni də onlar edib.
Elşad: Biz qardaşımızı istəyirik, bizə başqa söhbət lazım deyil, söz vermisən adamı gətir.
Sahib: Siz nə təklif edirsiniz?
Elşad: Bu “pozisiya” da “qarantiya” vermir. Nə üçün danışmaq istəmir?
Sahib: Bilmirəm nə üçün danışmaq istəmir. Bunlar insan deyil? Elə iş tutublar ki. Ortaya çıxara bilmirlər, adam deyillər canavardırlar.
Elşad: Yəqin oradakı adadmlardan çəkinirlər.
Sahib: Biz gərək gedək Piterə.
Elşad: Belədirsə, Natiq get, Mahirin videosunu çəkin gətirin.
Natiq: Ortaq məxrəcə gəlmək lazımdır. Mahir sağ-salamatdır.
Sahib: Düz danışmaq lazımdır, Mirbaba hər şeyi həll edir. O, Piterə zəng edir, onlar da Mahiri danışdırırlar.
Elşad: Söz vermisən, Mahiri gətirməlisən, başqa söhbət lazım deyil, belə variantlar çoxdur.
Sahib: Necə bilirsiz biz də elə edək.
Elşad: Nə üçün belə çətin vəziyyətdə Mahir danışmaq istəmir.
Sahib: Bu gün Şahinlə Qulu Mahirə görə bir-birini qırıb, söyüb kobud sözlər deyiblər.
Elşad: Bizə Mahirin gəlməyi lazımdır.
Sahib : Elşad müəllim, Bu adam “vor” deyil, qatı cinayətkatdır.
Elşad: Arzu Kazımov deyir ki, Bakıda bir adam qalmayıb, hamısı Mahiri oğurlayıbdır, Cəlal Əliyev, Aqil Əliyev, Şəfiqə Əliyeva, Ramil Usubov, Ramiz Mehdiyev, sonra da hansı qohumum kömək etmək istəyir keçir onun üstünə. Həmin ərəfədə polis qohumum var idi, mayor. Mənə kömək etmək istədi. Arzu Kazımov məni baxıcının yanına apardı. Baxıcı da fala baxıb Mahiri axtaran qohumumun əlamətlərini dedi, əvvəl şübəhələndik, bir neçə belə şoular təkrar olunduqdan sonra başa düşdük ki, bu oyundur, əsas oğrunu gizlətmək üçün lazımdır.
Sahib: Qardaş, biz haradan bilirik ki, Quba kimdir? Elşad müəllim, bizə bir məktub yaz ver verək Mahirə. Yaz ki, Mahir bizi başa düş, cavab ver bizə, biz çox narahatıq. Bəlkə də məktubu oxuyub bizə bir cavab verdi.
Natiq: Qardaş, siz Mahirlə danışmasanız mənə inanmayacaqsınız. Yaxşısı gedim işimlə məşğul olum. Vallah siz mənə inanmırsınız.
Elşad: Siz məni Mahirin yanına aparsanız onu başa sala bilərəm.
Sahib: Bir dənə kağız yazın Mahirə, sonra Əli Nağıyevə (milli təhlükəsizlik o zamankı müavini) deyim məktubu buraxdırsın içəri.
Elşad: Şahin haradadır?
Natiq: Şahin dincəlir.
“Kalaşnikov”u dirədik, dedik ki, Mahirin başından bir tük əksik olsa səni məhv edərik
Elşad: Nə üçün Mahir bizimlə telefonla danışmaqdan imtina edir?
Natiq: Mirbaba ilə danışdıq, Mahirin səsini də eşitdik. Sizin mənə verdiyiniz mobil telefonu verdim Mahirə sizə zəng etsin. Şahin hirsləndi, Mirbaba ilə bir-birini qırdılar. Şahin Qulunu söyüb.
Elşad: Natiq Mahirin fotosunun arxasına bu sözləri yazıb veririk sizə: “Mahir salam, Hər şey yaxşı olacaq, narahatıq, bizə cavab ver, Imza: Elsevər 27.lV.2004"
Natiq: Elşad müəllim, bu gün Mahirdən sizə zəng oldu?
Elsad: Bu gün səhər saat 06:15 dəqiqədə Mahirdən mənə zəng gəldi.
Natiq: Bizimlə o tərəfin adından Mahirin dostu Qulu Cəfərov (gürcüstanlı, MTN Akif Covdarovun adamı, qohumu) gəlmişdi. Dünən, Qulu “TT” tapança ilə gəlmişdi.
Sahib: Dünən Mahirin dostu Quluya “Kalaşnikov” avtomatı dirədik, dedik ki, əgər Mahirin başından bir tük əksik olsa səni məhv edərik.
Elşad: Gürcüstanlı Qulu həmişə Mahirin yanında olub, Şəkili Eldar Quludan da çox rol oynayıbdır.
Natiq: Əvvəlcə istəyiblər ki, Mahiri öldürsünlər, 2 ay Bakıda saxladıqdan sonra, Minvodla Orcenikedzenin arasında Nevmedoski deyilən yer var, Gürcüstandan 200 km aralı (həmin yeri daxili işlər nazirinin müavini Zahid Dünyamalıyev də əli ilə yazıb mənə göstərmişdir). Mahir heç nədən hökmdar qadının zibilinə düşüb, quyruqlu qadındır, yəni arxalı. O, biri tərəf qara “BMW” cipdə silahlı-avtomatlı gəlmişdi. Mən, Mirbaba, Şahin danışıq apardıq. O biri tərəf sevindi, onların məqsədi o olub ki, sizdən pul qopartsınlar. Mahiri 7 ay heç kim axtarmayıb, “polniy boyovoy” idilər. 3 aydan sonra Mahiri qaytarıblar Bakıya, Eldəniz müəllim də gündə yanından keçir, özüdə gündə kiçik pəncərədən görür. Mahiri 7 ay heç kim axtarmayıb, sizdən pul çəkmək istəyiblər, adam oğruları fahişə kimi şeylərdir, onlar da namus-qeyrət deyilən şey yoxdur, 52 adam oğurlanıb.