Bakının Nərimanov rayonunda ikimərtəbəli evdə yanğın hadisəsi baş verib.
AzVision.az-nın FHN-nin saytına istinadən verdiyi məlumata görə, rayon ərazisində vətəndaşa məxsus ümumi sahəsi 792 kv.m olan ikimərtəbəli mansard tipli 7 otaqlı evin 1-ci mərtəbəsində 1ədəd kondisioner, 5 kv.m sahədə əşyalar, 2-ci mərtəbədə otaqlarda 3 ədəd kondisioner, 1 otağın yanar konstruksiyaları 18 kv.m sahədə, ayrı-ayrı otaqlarda isə 1 ədəd stul, 1 ədəd divan və televizor yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 01:31-də yanğınsöndürənlər tərəfindən söndürülüb.