Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

KƏBİRƏ MƏMMƏDOVA AVTOVAĞZAL AÇIR

KƏBİRƏ MƏMMƏDOVA AVTOVAĞZAL AÇIR
Rusiya və Azərbaycanın bir neçə rayonuna avtobuslar “Binə” bazarında açılacaq yeni avtovağzaldan işləyəcək; iş adamı yenidən nəqliyyat nazirinin qəzəbinə tuş gələ bilər


Rusiyanın müxtəlif şəhərlərindən Bakının Qaradağ rayonu ərazisində yerləşən “Binə” ticarət mərkəzinə gələn avtobuslar martın 25-də siyahıya alınıb. “Binə” bazarında çalışan sahibkarların “Yeni Müsavat”a verdiyi məlumata görə, buna səbəb tezliklə bazar ərazisində avtovağzal açılacağıdır. 



Məlumata görə, Novruz bayramından bir neçə gün öncə “Binə” bazarının sahibi Kəbirə Məmmədova Rusiyanın bir neçə nəqliyyat şirkətinin rəhbəri ilə Bakıda görüşüb.





Xəbərdə deyilir ki, həmin nəqliyyat şirkətləri ilə müqavilə bağlayan xanım biznesmen “Binə” bazarı ərazisində yeni avtovağzalın tikintisinə start verib.

Yeni avtovağzal vaxtı ilə Qaradağ Rayon İcra Hakimiyyətindən avtomobil dayanacağının tikilməsi üçün alınan böyük bir ərazidə inşa olunacaq. Artıq Türkiyənin bir neçə tikinti şirkəti ilə müqavilə bağlayan K.Məmmədova əsasən şüşə, dəmir və beton konstruksiyadan ibarət olacaq avtovağzalın layihəsinin hazırlanması ilə bağlı həmin şirkətlərə göstəriş verib.

Yeni avtovağzaldan isə Rusiyanın bir neçə iri şəhərinə, o cümlədən respublikanın Salyan, Şirvan və Neftçala rayonlarına sərnişin daşınması həyata keçiriləcək. Avtovağzal istifadəyə veriləndən sonra burada özəl taksi xidmətinin açılması da nəzərdə tutulub.

Məlumat üçün deyək ki, hazırda Rusiyanın bir çox şəhərinə sərnişin daşımaçılığı əsasən metronun “28 May”, “Neftçilər” və “Qara Qarayev” stansiyaları yaxınlığında dayanan avtobuslar vasitəsilə həyata keçirilir. Nəqliyyat Nazirliyi xətdən kənar bu tip reyslərə qarşı əməliyyat keçirsə də avtobus sahiblərini Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzalına cəlb etməyə müvəffəq olmayıb. Eyni zamanda bir müddət əvvəl sökülən - Bayıldakı Salyan avtovağzalından sərnişin yığan avtobus və taksilər “Binə” və “Karvansaray” ticarət mərkəzlərinin ərazisindən işləməyə məcbur olublar.

“Binə” bazarı ərazisində yeni avtovağzalın açılması isə Kəbirə Məmmədova ilə nəqliyyat naziri Ziya Məmmədovun savaşını daha da alovlandırıb. Qeyd edək ki, ötən ilin sentyabrında xanım biznesmenin göstərişi ilə nəqliyyat naziri Z.Məmmədovun oğlu Anar Məmmədova məxsus “Transqeyt” şirkətinin avtobuslarının “Binə”yə girişinə qadağa qoyulmuşdu. Eyni zamanda Z.Məmmədovun “M-Trans” nəqliyyat şirkətinin dispetçer məntəqəsi bazarın içindən götürülərək Lökbatan dairəsində yol kənarına atılmışdı. K.Məmmədovanın bu addımına səbəb isə onun yaxın qohumuna məxsus nəqliyyat şirkətinin şəhərdaxili marşrut xəttindən uzaqlaşdırılması olmuşdu.


Teqlər:
Bu xəbər cəmi 2745 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR