Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Infiniti Yaxın Şərqdə mövqeyini qoruyur

Infiniti Yaxın Şərqdə mövqeyini qoruyur


2015-ci ilin birinci rübündə 2 300 avtomobil müştərilərə təqdim edilmişdir 



Davamlı şəkildə öz uğurlarını artıraran İnfiniti brendi 2015-ci ilin birinci rübünün sonuna olan nəticələrə görə Yaxın Şərq bazarında 23.9%-lik artım əldə etmişdir.Bununla da Infiniti satışlarının müstəsna üstünlüyünü və brendin regionda ən sürətlə inkişaf edən premium avtomobil brendi mövqeyini qorumuşdur.



“Biz 2015-ci ilin 1-ci rübündə mövqelərimizi artırmaqla 23.9% kimi əla nəticə əldə etmişik ki, bu da bazarda mövcud olan tempdən 4 dəfə çoxdur,” deyə İnfinitinin Yaxın Şərq üzrə İcraçı Direktoru Juergen Schmitz bildirmişdir.



Bu yaxınlarda açıqlanmış Qlobal Effie İndeksi də İnfiniti-yə Yaxın Şərqdə üç siyahıda 10 bal  və regionda ən çox mükafatı olan avtomobil brendi adını qazandıran bir qalibiyyət balı vermişdir. 



Effie Mükafatları hər il EffieWorldwide, Inc. şirkəti tərəfindən ən effektiv marketinq kommunikasiyaları ideyalarını dəyərləndirmək üçün hər il verilən marketinq mükafatıdır.



“Keçən il dünyada ilk olan bir sıra texnologiyaya sahib sedan – tam yeni Infiniti Q50, əfsanəvi QX70S Elite Sport-un xüsusi buraxılışı və tam ölçülü SUV - QX80-nin ən son versiyası təqdim edilmişdir.Həmçinin Səudiyyə Ərəbistanında (Ciddə, Riyad və Al Xobar) üç yeni satış mərkəzini, eləcə də Livanda (Beyrut) bir satış mərkəzi açmışıq,” deyə Schmitz əlavə edib.



Tam yeni Q50 Yaxın Şərqdə çox böyük uğur əldə etmişdir. Dünyanın iki qabaqcıl texnologiyası–Infiniti Direct Adaptive Steering™ texnologiyası və Active Lane Control™ ilə təchiz edilmiş bu avtomobillər artıq müştərilərin ixtiyarındadır.



Infiniti-nin geniş SUV cərgəsi Yaxın Şərqdə brendin uğurunu davam etdirmişdir. 



QX60 modeli 68% artımla xüsusi uğurlu bir mövqe əldə etmişdir. QX50 2015-ci ildə regional uğurunu yüksəltmiş və 61% artıma nail olmuşdur. 



Infiniti-nin tam ölçülü QX80 SUV avtomobili də brendin uğurunu əhəmiyyətli dərəcədə artırmışdır.



Schmitz bildirmişdir ki, İnfiniti şirkəti öz model cərgəsini, eləcə də mühərrik qammasını genişləndirməyi hədəfləyir, bu isə fərqli üstünlük axtarışında olan müştərilərin sayını daha da artırmağa kömək edəcək. O, həmçinin qeyd etmişdir ki, davam edən uğurlar həm regional, həm də dünya səviyyəsində güclü strategiyanın göstəricisidir və şirkət güclü platformanı daha da möhkəmləndirməyə və ilin uğurlarını qorumağa davam edəcək.



Qlobal səviyyədə İnfiniti 2015-ci ilin birinci rübündə dünyada 52 000-dən çox satışla daha bir rekord rübünə imza atmışdır. Bu, ildən ilə 12%-lik artımın davamı olaraq İnfiniti-nin satış tarixində ən yaxşı rüb olmuşdur. Şirkətin bütün dörd coğrafi regionu müsbət artıma nail olmuşdur. İnfinitinin ən böyük bazarı olan ABŞ-da  satış 2014-cü ilin 1-ci rübü ilə müqayisədə 8% artmışdır. Brendin ən böyük artan bazarı olan Çində təxminən isə keçən ilin eyni dövrü ilə müqayisədə 28% artım olmuşdur. 



EMEA (Avropa, Yaxın Şərq və Afrika),Asiya və Okeaniya regionlarında birinci rübün satışları 18% və 31% artmışdır.Yüksək rəqabətli Qərbi Avropa bazarında İnfiniti satışlarını iki dəfə artırmışdır. Bu isə 92% artım deməkdir və regionun yeni rekordudur. Meksika, Cənubi Afrika və Avstraliya kimi digər regionlar da həmin rübdə rekord satışlar həyata keçirmişdirlər. 



 INFINITI  avtomobillərinin Azərbaycanda rəsmi distribütoru Nurgün Motors şirkətidir. 



Əlavə məlumat üçün ünvan və telefonlar:



Ünvanlar: Bakı şəhəri, Babək pr-ti, 31



Tel.: (+99412) 448 17 65



Telefon Mərkəzi 012 934 



E-mail: [email protected]



Web: www.infiniti-azerbaijan.com





Teqlər:
Bu xəbər cəmi 830 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR