Hər vətəndaşa 333 manat düşür.
2015-ci ilin yanvar-aprel aylarında əhalinin gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,7% artaraq 12,6 milyard manata çatıb, onun hər nəfərə düşən həcmi 1333,0 manat və ya ayda orta hesabla 333,3 manat təşkil edib.
Dövlət Statistika Komitəsindən (DSK) AzVision.az-a verilən xəbərə görə, əhalinin hər nəfərinə düşən gəlirlərin artım sürəti istehlak qiymətlərinin bahalaşmasını 1,3 faiz bəndi üstələyərək 4,4% olub.
Bu dövr ərzində gəlirlərin 74,4%-i son istehlaka, 9,8%-i vergilər, sosial sığorta və üzvlük haqlarının, 13,7%-i isə əmanətlərin və kapitalın artırılmasına yönəldilib.
Əhalinin sərəncamında qalan gəlir 11,4 milyard manat təşkil edərək əvvəlki ildəkinə nisbətən 5,6% artıb.