Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Almaniya prezidentindən İlham Əliyevə məktub

Almaniya prezidentindən İlham Əliyevə məktub


Almaniya Federativ Respublikasının Prezidenti Yoaxim Qaukd Azərbaycan prezidenti İlham Əliyevə 28 May Respublika Günü münasibəti ilə məktub göndərib.



Qafqazinfo” Azərtac-a istinadən xəbər verir ki, Almaniya prezidenti Respublika Günü münasibətilə İ. Əliyevi və Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıb: “Ölkələrimiz arasında ənənəvi sıx və etibarlı əlaqələr son aylarda, xüsusilə Sizin Almaniyaya sonuncu səfərinizdən sonra daha da güclənmişdir. Mən Azərbaycanın Almaniya və Avropa İttifaqı ilə tərəfdaşlığını genişləndirməyə hazır olduğunu alqışlayıram. “Cənub” qaz dəhlizinin genişləndirilməsində ölkənizin öz üzərinə götürdüyü əsas rol bu tərəfdaşlığın əyani təsdiqidir.


 


Bir neçə həftədən sonra Azərbaycan birinci Avropa Oyunlarına ev sahibliyi edərək diqqət mərkəzində olacaqdır. Bununla əlaqədar mən Sizin ölkədaxili islahatları davam etdirməklə Avropa dəyərlərini yüksək qiymətləndirməyinizi alqışlayıram. Almaniya bu yolda Azərbaycanı etibarlı tərəfdaş kimi hər zaman dəstəkləyib və dəstəkləyəcəkdir. Bu istiqamətdə açıq dialoqun davam etdirilməsi böyük əhəmiyyətə malikdir.


 


Sizə, ailənizə və Azərbaycan xalqına möhkəm sülh, azadlıq və rifah dolu gələcək arzulayıram”.

Teqlər:
Bu xəbər cəmi 1375 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR