Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

İpoteka kreditləşməsində artım var

İpoteka kreditləşməsində artım var


Bakıda kreditlərin həcmi artırılmalı, faiz dərəcəsi isə aşağı salınmalıdır



 



 


Azərbaycan İpoteka Fondunun (AİF) agent bankları 2006-cı ildən indiyədək 16,588 min ipoteka krediti verib. Fondun məlumatına görə, 2006-cı ildən etibarən AİF-in vəsaitləri hesabına ipoteka kreditləşməsinin həcmi 666 milyon 419 min 580 manat təşkil edib.


 


Azərbaycan Mərkəzi Bankının bu ilin yanvar-fevral aylarını əhatə edən məlumatına görə, ipoteka kreditləşməsində artım müşahidə edilir. Dövlət büdcəsindən İpoteka Fonduna ayrılan vəsaitlərin 40 milyondan 50 milyon manata yüksəlməsi bu artımın yaranmasına təkan verib. Belə ki, ötən il müvafiq dövrdə Fond tərəfindən müvəkkil banklara heç bir vəsait ayrılmamışdısa, bu il 3,8 milyon manat yönəldilib. Lakin Azərbaycan İpoteka Fondu tərəfindən yenidən maliyyələşdirilmiş kreditlərin həcmində kəskin azalma müşahidə edilir. Bu, o deməkdir ki, fonda yığılan vəsaitin yenidən dövriyyəyə buraxılması azaldılıb.


 


Ekspertlərin fikrincə, bunun başlıca səbəblərindən biri milli valyutanın devalvasiyaya uğramasıdır. Manatın ucuzlaşması ilə əlaqədar AİF-ya dəyən zərərin sığortalaması üçün hökumət faiz dərəcələrinin artımına gedib-getməyəcəyinə, əhalinin ipoteka kreditlərinə marağının azalıb-azalmayacağına dair yeni məsələlər ortaya çıxır. 


 


Onların dediyi kimi, ipoteka kreditləri ilə bağlı yeniliklərin tətbiqinə ehtiyac duyulur. Çünki indiki halda verilən kreditlərlə mənzil sahibi olmaq o qədər də asan deyil. Paytaxtda tikilən evlər baha qiymətə olduğu üçün kreditlərin həcmi artırılmalı, faiz dərəcəsi isə aşağı salınmalıdır.


 


İqtisadçı alim Oqtay Haqverdiyev Ans press-ə bildirib ki, son vaxtlar ipoteka kreditlərinin verilməsində yeniliklərin baş verəcəyi bildirilsə də, lakin hələlik heç bir dəyişiklik yoxdur və bundan sonra da olmayacaq. Sözdə, danışıqda çox şey deyilir, amma reallıqda heç nə yoxdur. İlk növbədə, ona görə ki, ilkin ödəniş, faiz sistemi, ümumiyyətlə, doğru deyil. Xarici ölkələrdə bizim 8 faizlik kredit faizlərimiz adi kredit hesab olunur. Belə ipoteka faizi yoxdur. Ayrı-ayrı ölkələrdə ipoteka 1%-dən 3%-dək olur. Amma elə ölkələr var ki, o cümlədən ABŞ-da, ümumiyyətlə, faiz yoxdur. Ona görə, bu proses bizdə şikəst formasındadır.


 


O deyib ki, ipotekada yeniliklərin tətbiqi məlum səbəblərə görə çox böyük problemdir. Mənzil bazarında şişirdilmiş qiymətlər mövcuddur. Tələb varsa təklif olmalıdır. Mənzil tikintisini götürək, bu gün Azərbaycanda təklif təlabatdan daha azdır. Belə olan halda istər ipoteka olsun, istərsə də adi kredit olsun qiymət həmişə yüksəkdir. Məsələn, Bakıda 400-ə yaxın tikili var, çoxunun inşası başa çatıb, bəzisi yarımçıqdır. Amma onların sahibləri mənzilləri satmaq fikrində deyillər. Çünki başqa yerlərdən gəlirləri var, indi mənzilləri satmaq sərf eləmir. Bilir ki, ilbəil mənzil bahalaşacaq, ona görə satmır. Yaxud ona elə qiymət qoyur ki, mənzili almaq mümkün olmasın. İndi mənzilə tələbat olduqca çoxdur.


 


Onun fikrincə, devalvasiya davam edərsə, ipoteka kreditləri vətəndaşlar üçün daha sərfəli olacaq. Manat möhkəmlənsə də, ipoteka kreditlərinə maraq yenə qalacaq. İndiki vəziyyətdə dollar ifadəsində zərərə düşən Azərbaycan İpoteka Fondu, yəni dövlət olacaq.


 


Ümumiyyətlə, ipoteka kreditlərinin dinamikasına gəlincə, indiyədək 16 min 318 ədəd ipoteka yolu ilə mənzil satılıb. Ötən ilədək isə bu rəqəm 15 min 842 ədəd olub, bu ilin birinci rübündə isə 476 mənzil alınıb. Bunun 161-i güzəştli ipoteka ilə satılıb. 


 


Hazırda normal ipoteka kreditlərində maksimal məbləğ 50 min manat, kredit faizi 8 faiz civarındadır. Əhalinin güzəştli təbəqəsinə isə verilən maksimal məbləğ 35 min manat olsa da, onların illik kredit faizi 4 faiz ətrafındadır. Hər iki halda ilkin ödəniş 15 faiz təşkil edir. İpoteka Fondu tərəfindən ipoteka kreditlərinin verilməsinin öz prosedur qaydaları da var. Belə ki, alınan evlər hər bir halda girov qoyulmalıdır. Əgər yeni inşa edilən binadan mənzil alınırsa və həmin binanın dövlət reyestrindən keçmiş müvafiq sənədi yoxdursa, bu zaman alınan mənzilin əvəzində digər qeydiyyat sənədi olan köhnə mənzil girov qoyula bilər. Digər vacib meyarlardan biri də vətəndaşın əmək haqqıdır.


 


Mənzil bazarındakı ümumi tələbata gəlincə, bu ilin aprelində mənzil bazarında tələbat düşüb. Təkrar mənzil bazarında təkliflərin sayı 1726 olub. Bu, 2014-cü ilin analoji dövrünün göstəricisindən 18,7 faiz, 2015-ci ilin mart ayına olan göstəricidən isə 1,47 faiz azdır. Əhalinin alıcılıq qabiliyyəti də həmin ayda aşağı düşüb. Bu da apreldə qiymətlərin düşməsinə səbəb olub. İkinci səbəb odur ki, paytaxtdakı mənzillərin qiyməti pik həddinə çatıb, indi isə tədricən düşməyə başlayıb.


 


Xatırladaq ki, hazırda 600 mindən çox ailənin mənzil şəraitini yaxşılaşdırmasına ehtiyac var.

Teqlər:
Bu xəbər cəmi 1365 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR