Bakıda iqtidar və müxalifət nümayəndələrinin növbəti görüşü başlayıb.
“Report”un məlumatına görə, görüş Azərbaycan Prezidenti Administrasiyasının təşəbbüsü ilə keçirilir.
Tədbirdə iqtidar tərəfdən Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, şöbənin müdir müavini Tahir Süleymanov, şöbənin sektor müdiri Elman Paşayev, müxalifət tərəfdən isə Ədalət Partiyasının sədri İlyas İsmayılov, Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə, Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu, Azərbaycan Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu, Böyük Quruluş Partiyasının (BQP) başqanı, deputat Fazil Mustafa, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) baş katibi Söhrab Abdullayev, Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri Sabir Rüstəmxanlı, Demokratik İslahatlar Partiyasının (DİP) sədri, deputat Asim Mollazadə, Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev, Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev, Azadlıq Partiyasının sədri Əhməd Oruc, Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Yusif Bağırzadə, Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri, deputat Fərəc Quliyev, Sosial Rifah Patiyasının sədri Xanhüseyn Kazımlı, Vəhdət Partiyasının sədri Tahir Kərimli, Aydınlar Partiyasının sədri Qulam Hüseyn Əlibəyli iştirak edir.
Görüşdə Azərbaycanda keçiriləcək I Avropa Oyunları və partiyalararası əlaqələrin inkişaf perspektivləri müzakirə olunur.
Tədbir mətbuatın iştirakı olmadan davam etdirilir.
Xatırladaq ki, iqtidarla müxalifət arasında sonuncu görüş fevralın 12-də keçirilib.