Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

“Mütəllibov qaçmasaydı kimsənin burnu qanamayacaqdı”

“Mütəllibov qaçmasaydı kimsənin burnu qanamayacaqdı”

Hazırda ABŞ-da mühacir həyatı yaşayan eks-spiker Rəsul Quliyev 1992-cil 14-15 may tarixində Azəbaycanda baş verən olaylarla bağlıModerator.az –a açıqlama verib. Rəsul Quliyev həmin dövrdə baş verən hadisələri dövlət çevrilişi hesab etdiyini bildirib:


 


“14-15 may tarixini dövlət çevrilişi adlandırmaq olar. Hələ 1988-ci il Vəzirovdan başlayaraq Azərbaycan savadsız, qorxaq, real vəziyyəti analiz etməyi bacarmayan "liderlər"lə zənginləşirdi. Vəzirovun ətrafında toplaşanlar başda Mütəllibov olmaqla ölkəni uçuruma aparırdılar. Başqa respublikalardan fərqli olaraq hamıdan gec yaranan Xalq Cəbhəsi bir neşə təcrübəsiz, ancaq kifayət qədər intellektual və qaraguruhçu diletantlardan ibarət idi. Bu qüvvələr Azərbaycanı uçuruma aparırdılar, bunun qarşısını almaq qeyri- mümkün idi. 1991-ci ilin axırında Sovet İttifaqı dağıldıqdan sonra Azərbaycanda hakimiyyət uğrunda mübarizə aparan qonşu ölkələr (Rusiya,Türkiyə və İran) Azərbaycanın gələcəyinin necə olacağını dərk edə bilməyən bu nadan qüvvələrdən özlərinin xeyrinə istifadə edirdilər. Rusiya ilə İran bu mübarizədə “stavka”nı iradəsiz, başının üstündə ağası olanda işləməyi bacaran Mütəllibova edirdi. Onlar əmin idi ki, Mütəllibov Rusiyanın əmrini yerinə yetirəcək, hətta ölkəyə veriləcək quberniya statusunu belə qəbul edəcək. Türklərin fikrincə isə idarəçilikdən xəbəri olmayan Xalq Cəbhəsini hakimiyyətə gətirməklə özlərinin orta səviyyəli çinovlikləri ilə hakimiyyəti tam ələ keçirəcəklər.”


 


Rəsul Quliyev Mütəllibovu hakimiyyətə gətirmək üçün xüsusi senarri hazırlandığını da bildirir:


 


“Şuşanın işğal edilməsi, Mütəllibovun yenidən hakimiyyətə gətirilməsi  qabaqcadan hazırlanmış planın tərkib hissəsi idi. Plana uyğun olaraq Mütəllibov çevriliş yolu ilə (başqa sözlə, mart istefası saxta hesab edilir və o yenidən prezident elan edilir) hakimiyyətə gəlir, MDB–yə daxil olmaq barədə qərara qol çəkir və mövqeyini gücləndirmək üçün Şuşanı yenidən Azərbaycana qaytarır. O dövrdə hakimiyyətdə olanların müsahibələrinə baxsaq onların hələ də rusların bu planını dərk etmədikləri qənaətinə gəlmək olar.14 mayda Mütəllibov yenidən prezident elan edildi. 15 mayda təqribən 2000 insan prezident sarayına yürüşdə iştirak edirdi. Xalq Cəbhəsinin bir neçə aktivistinin “prezident aparatını toplarla dağıdacağı, Mütəllibovu tutub asacağıq” hədələrindən qorxuya düşən Mütəllibov qaçdı. O, qaçmasaydı heç bir adamında burnu qanamayacaqdı. Qeyd etdiyim  2 min insanın içərisində maksimum 300 qətiyyətli şəxs var idi.Onlar da  Prezident aparatına çatandan sonra nə etmək lazım olduğunu bilmədiklərindən dayanacaqdılar. Başlarının üstündən bir neçə güllə atıldıqdan sonar isə ərazidən uzaqlaşacaqdılar.”


Eks-spikerin sözlərinə görə, o dövrdə Mütəllibovu devirmək ehtimalları hər zaman olub:


 Doğrudur, Mütəllibovu  ola bilər bir aydan sonra istefaya göndərmək mümkün olardı. Çünki o ancaq rusların verdikləri komanda ilə işləyə bilirdi, elə bir insanın prezident işləmək şansı yox idi. Azərbaycanda proseslər eynən 1920-ci il mart- aprel aylarındakı kimi təkrar olunurdu. May proseslərinin nəticəsində hakimiyyətə gələn Xalq Cəbhəsinin taleyi Mütəllibovdan da acınacaqlı qurtardı. 14 və 15 mayda mən Azərbaycanda deyildim, xaricdə idim. 14 mayda Türkiyədə Mütəllibovun çevriliş etdiyini eşitdim. O dövrdə mən Bakıda birinci dəfə mobil telefon şəbəkəsi yaratmışdım və prezident sarayına hücum edənlərlə birbaşa əlaqə saxlayırdım. Ona görə hadisələrin inkişafından dərindən məlumatım var. Mayın15-də maşınla Türkiyədən Naxçıvana gəldim. H.Əliyevlə uzun müddətli söhbətimiz oldu, əvvəl bəzi dostlarımızla, sonra təkbətək. Mən həmin gün Bakıya qayıtdım.”

Teqlər:
Bu xəbər cəmi 1045 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR