Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Skandinaviya ölkələrindən Nepala qədər

Skandinaviya ölkələrindən Nepala qədər


190,6 milyondan çox abunəçiyə telekommunikasiya yeniliklərini tanıdan şirkət 



Yerli xüsusiyyətlərlə beynəlxalq gücün vəhdətini birləşdirərək Skandinaviya ölkələrindən Nepala qədər bütün ərazidə dünya səviyyəli xidmət göstərən,1850-ci ildə yaradılan TeliaSonera şirkəti dünyada telekommunikasiya sahəsinin liderindən biri, eləcə də, mobil rabitə texnologiyasının və GSM standartının ixtiraçılarından biri sayılır. Məhz bu vəhdət dünyada ilk dəfə olaraq  4-cü nəsil texnologiyasının  – 4G innovasiyasının və Everest zirvəsində 3G xidmətinin quraşdırılması ilə nəticələnib. Dünya səviyyəli xidmətlər göstərən TeliaSonera şirkəti öz sahəsinin  lideri hesab olunur. 



Şirkət Azərbaycan,Danimarka, Estoniya, Finlandiya, Gürcüstan, Qazaxıstan, Latviya, Litva, Moldova, Nepal, Rusiya, İspaniya, İsveç, Norveç, Tacikistan, Türkiyə və Özbəkistanda fəaliyyət göstərir. Bu gün TeliaSonera öz müştərilərinə dünya səviyyəli xidmət göstərən və öz sahəsində aparıcı mövqeyə malik şirkətdir. 



TeliaSonera:



Mobil rabitə texnologiyasının ixtiraçılarından biridir



4-cü nəsil (4G/LTE) rabitə standartının tətbiqi üzrə dünyanın ilk şirkətidir



190,6 milyondan çox abunəçisi var



Avropanın 5-ci ən böyük telekommunikasiya şirkətidir 



Dünyada ilk dəfə olaraq 3G texnologiyasının təqdimatını Everest dağının zirvəsində  təşkil edib



TeliaSonera ümumi əhalisi 460 milyon insandan çox olan 20 ölkədə təmsil olunur. Şirkət mobil və sabit rabitə xidmətləri, İnternet şəbəkəsinə çıxış və öz beynəlxalq fiber-optik şəbəkəsi vasitəsilə topdan telekommunikasiya xidmətləri göstərir. 4G şəbəkəsinin ilk qurucusu və Avropanın aparıcı telekommunikasiya təminatçısı olaraq TeliaSonera dünya boyu 190,6 milyonluq abunəçi bazası və 25,741 sayda əməkdaşa malikdir.



Dünyada ilk  4G 



TeliaSonera 4G xidmətini kommersiya istifadəsinə verən ilk telekommunikasiya şirkətidir. 2009-cu ilin dekabrında ilk dəfə olaraq Stokholm və Oslodakı abunəçilər 4 G xidmətindən yararlana bildilər. İlk təqdimatdan bir il sonra, 30 noyabr 2010-cu il tarixində, TeliaSonera 4G-ni Finlandiya da təqdim etdi. 2013-cü ildə Estoniyada TeliaSonera iki həftə ərzində ölkənin 95% əhatə edən 4G şəbəkəsini qurmağa müvəffəq oldu. Hal-hazırda 4G-nin tətbiqi TeliaSonera-nın fəaliyyət göstərdiyi bütün əraziləri əhatə edir. 2014-cü ilə qədər TeliaSonera 4G-ni yalnız İsveç, Norveç və Finlandiya deyil, həm də Danimarka, Estoniya, Latviya, Litva, İspaniya, Moldova və Azərbaycandakı abunəçilərinə də təklif edib. 4G texnologiyasının Azərbaycanda tətbiqini ilk dəfə olaraq Azercell Telekom həyata keçirib.  2012-ci ilin may ayından etibarən Azercell ölkədə 4G şəbəkəsini istifadəyə verib. Ümumillikdə  hal-hazırda ölkə ərazisində Azercell-in 257 sayda 4G baza stansiyası mövcuddur.



Modemlərdən telefonlara



4G, 3G, 2G və PC/Mac üçün ilk vahid modemlər də TeliaSonera tərəfindən təklif edilib. Müxtəlif mobil genişzolaqlı şəbəkə xidmətlərindən yararlanmaq üçün istifadəçilərə yalnız bir modemin tələb olunması mobil təcrübəni dəfələrlə asanlaşdırıb. 4G-nin ilk tətbiqindən beş il sonra bir çox ölkələrdə 4G mobil telefonlar və planşetlər satışa çıxarıldı. CS Fallback adlı texnologiya 4G/LTE şəbəkəsində səs xidmətinin dəstəklənməməsinə baxmayaraq, bütün istifadəçilərə zəng etmək və SMS göndərmək imkanını təmin edir. Bu, sadəcə olaraq zənglərin 3G və 2G şəbəkələrinə “yönləndirməsi” yolu ilə mümkün olur və zəng başa çatdıqdan sonra sistem yenidən 4G şəbəkəyə qayıdır. 



TeliaSonera şirkətlər qrupunun bir parçası olan,ən qabaqcıl Avropa təcrübəsini mənimsəyən Azercell də Azərbaycan bazarında ən son texnoloji yenilikləri tətbiq edib. GSM standartını Azərbaycana gətirən Azercell ilk dəfə olaraq fakturasız xətt sistemi (SİM-SİM), GPRS, EDGE, fasiləsiz işləyən Telefon-Məlumat Mərkəzi, “Simurq” və tam xidmət göstərən Azercell Ekspres ofisləri yaradıb. Yuxarıda qeyd etdiyimiz kimi,TeliaSonera ailəsinin bir üzvü kimi ölkəmizdə yeni nəsil texnologiyası 3G və 4G-nin sınaqları da ilk dəfə olaraq məhz Azercell tərəfindən aparılmışdır. Ölkəmizdə ilk dəfə olaraq rominq xidmətini tətbiq edən şirkət artıq dünyada elə bir ölkə qalmayıb ki, onunla rouminq əlaqəsi yaratmasın.



Bundan əlavə Azercell öz etibarlı ve keyfiyyətli şəbəkəsi ilə də həmişə fərqlənib. Hal-hazırda ölkə ərazisində Azercell-in 2660 sayda 2 G, 1760 sayda 3G və 257 sayda 4G baza stansiyası mövcuddur. Hər zaman abunəçilərini yüksək səviyyəli xidmətlə təmin etmək üçün öz şəbəkəsini təkmilləşdirən Azercell toplam 4677 baza stansiyası ilə fəaliyyət göstərir. Onu da vurğulayaq ki, cəbhə bölgələrində, Xəzər dənizində və Naxçıvanda ilk stansiyalar məhz Azercell tərəfindən quraşdırılmışdır. Qeyd etmək lazımdır ki, Naxçıvanda da ilk mobil rabitə Azercell-in sayəsində mümkün olmuşdur.



Bütün bunlar Azercell-in bir parçası olduğu TeliaSonera qrupunun qabaqcıl təcrübələrini Azərbaycanda uğurla davam etdirməsini sübut edir. 


Teqlər:
Bu xəbər cəmi 765 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR