I Avropa Oyunlarının Bakıda keçirilməsi ilə əlaqədar bəzi tədbirlərin vaxtı dəyişdirilib
Yarışların keçirildiyi günlərdə paytaxtda sıxlığın qarşısının alıması üçün təhsil nazirinin əmri ilə ali təhsil müəssisələrində imtahan vaxtları qabağa çəkilib. Ümumilikdə imtahanlar mayın 31-dək başa çatacaq.
Avropa Oyunları ilə əlaqədar universitetlər “Məzun gün”lərinin də vaxtının dəyişəcəyi bildirilir. Bəzi ali məktəblər isə bununla bağlı nazirlikdən cavab gözləyir.
Təhzil Nazirliyindən Azvision.az-ın sorğusuna cavab olaraq bildiriblər ki, ali təhsil müəssisələri məzun günlərini özləri müəyyənləşdirirlər: “Məzun gününün irəli çəkilməsi ilə bağlı Təhsil Nazirliyinin xüsusi tapşırığı gözlənilmir. Ali təhsil müəssisələri istədikləri vaxt məzun gününü qeyd edə bilərlər”-deyə Nazirlikdən bildiriblər.