Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Rayonlardan Bakıya gələn sürücülərin nəzərinə- Şəhərə giriş olmayacaq

Rayonlardan Bakıya gələn sürücülərin nəzərinə- Şəhərə giriş olmayacaq


Daxili İşlər Nazirinin müavini, polis general-leytenantı Oruc Zalov sürücülərə müraciət edib. 



"Qafqazinfo" lent.az-a istinadən xəbər verir ki, O.Zalov bildirib ki, Bakıda keçiriləcək Birinci Avropa Oyunları vaxtı və bu ərəfədə narahatlıq doğuran məsələlərdən biri də nəqliyyat vasitələrinin parkinq edilməsi və tıxaclarla bağlıdır: "Oyunlar vaxtı müəyyən yerlərdə tıxaclar yarana bilər. Buna görə də ancaq ərzaq, yanacaq məhsulları kimi strateji məhsulların daşınması üçün xüsusi icazəsi olan yük maşınları şəhərə buraxılacaq. Minik avtomobillərinə gəlincə, biz Bakıdakı bütün sürücülərə, bütün vətəndaşlara müraciət edirik ki, tıxacda, günün altında saatlarla qalmamaq üçün minik maşınlarından maksimim az istifadə etsinlər. İyun ayı belə olacaq və indidən bu işə qoşulsalar, özlərini sınaqdan keçirsələr, yaxşı olar". 



Nazir müavini rayonlardan gələn nəqliyyat vasitələrinin günün müxtəlif vaxtlarında paytaxta buraxılmayacağını da bildirib: "Rayonlardan Bakıya gəlmək istəyən sürücülərə müraciət edirəm. Onların şəhərə daxil olması müəyyən vaxtlarda mümkün olmayacaq. Ona görə də bəri başdan ictimai nəqliyyata uyğunlaşsalar, yaxşı olar. Biz şəhərin kənarında yerlər də təşkil edəcəyik ki, maşınları saxlasınlar və ictimai nəqliyyatla mərkəzə gəlsinlər".


Teqlər:
Bu xəbər cəmi 1105 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR